Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

11 Temmuz 2016 Pazartesi

Həyata fərqli baxış:İnsan nədir?

| Rəy yoxdur
Hüceyrə modeli


Həyatı var edən informasiya daşıyan zülal və nuklein turşularının qarşılıqlı münasibətidir. Bu mənim düşündüyüm dialektik materialist tərifdir,amma mən daxil hamımızı ilk dəfə tam aydınladan (19-cu əsrdə) heç bioloq da olmayan F.Engels olmuşdu:"Həyat zülali cisimlərin yaşama üsulu olub,öz mahiyyətinə görə bu cisimlərin kimyəvi tərkib hissələrinin daim öz-özünü yeniləşdirməsindən ibarətdir". Fikirləşəndə cavab tapmadığınız suallar elmin gözü ilə baxdıqda çox sadələşib bir cümləyə də sığa bilir. Çox düşündüyümüz həyat başından bəri belədir,insan olmasa da,belə olacaq. İnsan demişkən,başlıqda da oxuduğunuz kimi bu məqalədə "insan nədir?" sualına cavab axtarıb,insanı bioloji varlıq kimi araşdıracıq. Elə ilk olaraq "həyatda qalmağın" 3 əsas bioloji qanunu var.
1.Maddələr və enerji axını ilə əlaqədar özünütənzim
2. İnformasiya axını ilə əlaqədar törəmə(məsələn, spermatozoidlər informasiya daşıyıcısı hesab edilir)
3.Maddələr və enerji axını ilə əlaqədər özünü yeniləşdirmə

Həyat əslində sadəcə bir tsikldir.  Düşünün siz ölürsüz,amma bunun həyata heç bir təsiri yoxdur. Çünki sizdən başqa bir canlı yaranacaq,çürüyüb minerallarınızdan bir bitkiyə çevriləcəksiz. Sonra o bitki yeyən bir inəyin südünü bir uşaq içəcək. Siz o uşağın bir hüceyrəsinin tərkib hissəsi olacaqsız. Sonra o uşaq da öləcək.. Hər nə cür olsa da, həyat bir tamdır,səni təşkil edən hissəciklərin hər biri də bir funksiyanı yerinə yetirir. Məlumdur ki,həyatı davamlı edən törəmədir. Törəməyə qədər insan böyüməkdə olur,özünəbənzər bir fərd yaratmağa başladıqda isə inkişaf edir. Böyümə və inkişafı təmin edən isə davamlı şəkildə müəyyən maddələri qəbul etməklə mübadilə etməyimizdir. Bu mübadilə nəticəsində isə həmçinin elə maddələr yaradırıq ki,ətraf mühitdən bizə olan təsirlərə qıcıqlana bilirik,cavab veririk. Düşünməyin ki,bütün bunlar baş verəndə hər şey olduğu kimi qalır. Heç bir kənar qüvvə həyat qüvvəsini tənzimləmədiyindən dəyişkənlik mütləq olur. Yuxarıda qeyd etdiklərim həyata uyğunlaşmaq və həyatın yaratdığı təbii proseslərdən irəli gəlir. Bir də bu proseslərin yaratdığı və bu prosesləri icra edən orqanlar,hüceyrələr,orqanellər,ionlar və.s var. "İnsan nədir?" sualını araşdıranda mütləq bu strukturlara da baxmaq lazımdır.
Hər bir insan öz orqanları haqda müəyyən bilgiyə sahib olur. Bilir ki,mədəsi,bağırsaqları,dalağı,ürəyi və başqa orqanları var. Amma insan özünü öyrənmək üçün mütləq o orqanların nədən təşkil olduğuna-hüceyrələrə diqqət yetirməlidir. Hüceyrələr isə orqanlarda müxtəlif olur.



Amma bütün bu müxtəlifliyə baxmayaraq hüceyrələrin ümumi struktur quruluşları eyni olur. Bənzətmə üçün hüceyrələri avtomobilə bənzətsək,hamısının motoru,sükanı və ən az bir oturacağı olur(membran,nüvə,sitoplazma). Bu ümumi xüsusiyyətdirsə,bəzi maşınlar 120,bəziləri 240 sürətində olur. Hüceyrələrdə də belə fərqlər var. Adətən,yerinə yetirdikləri funksiyalara görə bir qruplaşdırılır və toxuma adlandırılır.(red.Bu haqda ayrı məqalə yazılacaq). Yuxarıda da qeyd etdiyim kimi hüceyrənin 3 əsas hissəsi vardır:
Hüceyrə membranı(zarı)

 -Membran və ya zar:Hüceyrəyə hansı maddələrin keçməsini müəyyənləşdirən strukdur. Bu funksiyası seçici-keçiricilik adlanır. Hormonlar ,biopolimerlər bir sözlə,hüceyrənin daxilinə keçməli olan hər bir maddə yalnız membrandan keçə bilər
Nüvə modeli
-Nüvə:Funksiyasından asılı olaraq bəzi hüceyrələrdə bir,bəzilərin də çox olur. Daxili maye mühiti nukleoplazma adlanır.Daxilində nüvəcik,ən əsası xromatin olur. Xromatinin tərkibində özünə genom birləşdirən DNT(Dezoksiribonuklein turşusu) və ona birləşən zülallar vardır ki,bu haqda bir-cümlə ilə danışmaq yetməz,çünki hüceyrənin ən əsas strukturlarından biridir.(red. Ayrıca məqalə yazılacaq)

-Sitoplazma və ya sitozol: hüceyrə orqanellərinin və nüvəsinin olduğu hüceyrənin daxili maye mühitidir. Şərti olaraq membrana söykənən hissəsi ektoplazma,nüvəyə söykənən hissəsi isə endoplazma adlanır. Bundan əlavə sitoskelet deyilən,zülalların əmələ gətirdiyi üçölçülü torlar da vardır ki,hüceyrəyə düşən mexaniki təsirləri bütün hissələrə paylayaraq azaldır,sitoplazmada digər hissələrin yerləşməsini və hərəkətini təmin edir.

 Hüceyrələrin orqanelləri (orqanoidləri) olur ki,bu orqanellər də hansısa funksiyaları yerinə yetirmək üçün ixtisaslaşıb.
Orqanellər:
Mitoxondiri
-Mitoxondri: Hüceyrələrimizin fəaliyyət göstərməsi üçün mütləq enejyə ehtiyac vardır. Bu enerji də yediyimiz şeylərin müxtəlif hormonal təsirdən parçalandıqdan sonra(monomerlərə çevrilirlər) oksidləşmə keçirir.. Bu prosesi(oksidləşmə və fosforlaşma) mitoxondri həyata keçirərək, ATF(adenozintrifosfat turşusu) formasında "enerji mənbəyi" sayılan maddə sintez(istehsal) edir. Yuxarıda da qeyd etdiyim kimi hüceyrələr təkamül edərək müəyyən funksiyaları yerinə yetirmək üzrə təkmilləşib. Yəni bəzi hüceyrələr daha çox enerji (ATF) yaratmalı olduğuna görə mitoxondri bəzi hüceyrələr də üstünlük təşkil edir.

Peroksisom
-Peroksisom: Oksidləşdirmə funksiyasına görə mitoxondriyə bənzəsə də, ATF-dən(enerji) fərqli olaraq,öd turşusu kimi müvafiq orqanlarda zəruri maddələri sintez edir(və parçalayır)

Sentrosom
-Sentrosom(Hüceyrə Mərkəzi): hüceyrə nüvəsinin yaxınlığında olan bir-birinə perpendikulyar 2 sentrioldan ibarət orqaneldir. Əsas funksiyası mayalanma və bölünmə zamanı xromosomları qütbə çəkmə,müxtəlif zülalları sintez etmə ilə bağlıdır.

Ribosom

Ribosomda zülal sintezi
-Ribosomlar: Zülal sintezini həyata keçirən orqaneldir. 4 tip RNT və 80-dən çox zülali birləşmədən təşkil olunub. Zülal sintezində əsas rolu ribosomla birgə məlumat RNT-si(M-RNT) və adenoasil nəqliyat RNT-si(aa n-RNT) daşıyır.
Endoplazmatik şəbəkə;dənəli və hamar
-Endoplazmatik şəbəkə: Konkret formaya malik deyil,çünki sitoplazma(hüceyrənin daxili maye mühiti) boyu zarla əhatə olunmuş boşluqların təsadüfi birləşməsindən əmələ gəlir. Həmin bu boşluqlarda sintez edilən maddələr həm toplanılır,həm də yetişmə prosesi (fermentativ modifikasiya) keçirirlər. Məhz sintez edilən maddəyə görə və üzərində ribosomların olmasına görə 2 yerə ayrılır:Hamar və dənəli(Şəkilə bax:Hamar-smooth,dənəli -rough)

Holci kompleksi
-Holci kompleksi: hüceyrədə,əsasən də endoplazmatik şəbəkədə sintez olunan maddələri özünə toplayıb,"paketləmək" funksiyası yerinə yetirir. Bu paketlədiyi maddələri membrandan bayıra "ötürməklə" digər hüceyrələrində istifadə etməsini təmin edir. Hüceyrənin bir digər orqaneli olan Lizosomun yaranmasında da bu cürə rol oynayır.

Lizosom
-Lizosom: hüceyrədə olan toksiki(zəhərli) maddələr və yaşlı orqanelləri məhv edir. Yəni hüceyrədəki yaşlanan orqanellərin sıradan çıxması,həmçinin hüceyrədaxili digər toksiki maddələrin,mikrobların məhv edilməsi üçün olan zəruri uyğunlaşmadır.

Proteasom
-Proteasom:Lizosomla bənzəri funksiyalar daşıyırlar. Hər ikisi "təmizləyici" orqanel hesab edilsə də,Proteasom hüceyrəni denaturasiya(təsiredici quruluşunu itirən) etmiş zülallardan,hüceyrəyə xas olmayan(antigen,zərərli) zülallardan təmizləyir.

Yazdı:Ziya. M


Sonda bunu bildirmək istəyirəm ki,oxuduğunuz məqalə tibbə,hüceyrə haqqında digər məlumatlara giriş üçün lazım olan bilgilərdir. Bu tip baza məlumatları bilmək lazımdır ki,digər elmin maraqlı saydığımız dərinliklərini anlaya bilək. Bəzi qısaltmalar heç anlayışı olmayan adamların anlaması üçün edilmişdir. Bu tip məqalələrimiz davam edəcək. İstifadə olunan ədəbiyyat aşağıdakılardır:
-Tibbi Biologiya və Genetika.C.Ə.Nəcəfov(ATU dərsliyi)
-Sitologiya. Eldar Qasımov.(ATU dərsliyi)
 Şəkillər və digər istinadlar:

Cbc. Dtu. De
Susynuryani. Wordpress.com
Serc.caleton. edu
Uni-saarland. De
Biologyhq. Com
Turbosquid. Com
Biyolojik. Org
Micro.magnet.fsu. edu

Tags : ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar