Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

12 Ağustos 2016 Cuma

Təkamülün sübutları: Biocoğrafi üsullar

| Rəy yoxdur
Yəqin ki, sizi də niyə Kenquruların yalnız Avstraliyada, Şimpazələrin Afrikada, Lemurların Madaqaskarda yaşadığı maraqlandırmışdır. Bəlkə də düşünməzdiniz ki, heyvanların fərqli coğrafiyalarda bu növ müxtəlifliyi bu gün təkamülün 'ortaq əcadad' anlayışına inanılmaz dəlilləri ortaya çıxaracaq.
1809-1882 illər arasında yaşamış olan bioloq Çarlz Darvin 1832'ci ildə "Beagle" gəmisi ilə İngiltərə'dən araşdırma aparmaq üçün 5 illik ayrılır. 1935 ci ildə isə Galapagos adalarına gəlib çıxmışdır. O burada olduğu müddətdə Tısbağalar və Vüroklar (İspinoz quşları) üzərində müşahidələr aparmışdır. Darvin bu adaların hər birində olan canlıların digər adalardakından müəyyən cəhətlərinə görə fərqləndiyini görmüşdür. Albemar adasında Fil tısbağlarının 5 yarım növünün olduğunu onların sadəcə çanaqlarının müxtəlifliyi ilə müəyyən etmişdir. O düşünürdü ki, nə vaxtsa bu tısbağaların əcdadı bu arxipelaqa gəlib çıxmışdır və indiki bu 5 yarımnövə başlanğıc vermişdir. Aşağıdakı şəkil E. Volpə aiddir (1981).

Müxtəlif canlıların niyə dünyanın müxtəlif yerlərində yaşadığını anlamaq üçün Biocoğrafiya elmi yaradılmışdır. Biocoğrafiya, müxtəlif miqyaslarda təkamül prosesinin ümumi gedişini analiz etməyə imkan verən üsulları tədqiqatçılara sanki təqdim edir. Heyvanların biocoğrafi müxtəlifliyi heç də "şimalda soyuq olduğu üçün ağ ayılar, ekvatorial qurşaqda isti oldu üçün fillər yaşayır" kimi izah olunmur. Ağ ayılar soyuğu, fillər isə istini sevir doğrudur. Amma bunlar calıların müxtəlif yerlərdə yaşamağa məcbur edilməsindən ötrü qazanılmış xüsusiyyətlərdir. Bir öncəki yazımızda da 'Buz Dövrü' animasiyasından nümunə çəkmişdik. Bu dəfə də oradan tanış olduğunuz hadisə haqqında danışacağıq. 'Qitələrin ayrılması' haqqında. Tarix boyunca yerin fiziki-coğrafi qabığının, dənizlərin və qitələrin dəyişməsi üzrə əldə edilmiş məlumatlar flora və fauna zənginliyinin özünəməxsusluğunu anlamağa kömək edir.

Flora va faunaların müqayisəsi. Qitələrin ayrılması. 

Bütövlükdə flora ve faunaların myedana gəlməsilə bağlı təkamülün miqyası haqqında Yerin müasir qitələrinin inkişafının xüsusiyyetlerini, onların canlılarının analizini tutuşdurmaqla öyrənməklə fikir söyləmək olar
Trias dövrünün sonunda Pangeya iki böyük qitəyə bölünməyə başladı: Şimali - Lavraziya və cenubi - Hondvana. Hondvana da öz növbəsində Cənubi amerika-afrika qitəsinə, Antarktida ilə
birlikdə Avstraliyaya və sonralar Asiyaya «birləşən» və Hindistanı əmələ gətirən böyük adaya ayrılmağa başlamışdı.

Yura dövrünün sonunda Lavraziya Şimali Amerika və Yevrasiyaya parçalanmağa başlayır. Lakin Cənubi Amerika ve Afrika (Madaqaskarla birlikdə) monolit əmələ gətirir. Bu olmuş birliyin (vahidliyin) izləri müasir faunada qalmaqdadır. Bunlardan Madaqaskar ve Cenubi Amerika kərtənkələləri ( iquanları), Cenubi Amerika ve Afrikada olan çoxlu sayda Naqqa balıqları ve karpkimiləri göstərmək olar. Afrika mahmızlı qurbağalarının (Xenopus, bu müasir qurbağa deyil) yaxın qohumu olan ve inkişaf etməkdə olan kürüləri belində daşıyan Surinam quru qurbağalarıdır (Pipa). Cenubi Amerika qeyri-adi (paradoksal) quru qurbağası, hazırda yaşayan, çömçəquyruğu yetkin fərddən böyük olan sarımsaq iyli qurbağa və Avstraliya üçün endemik olan səhra qurbağası daha uzaq keçmişlə qohumluq əlaqələri olduğunu göstərir. Bu başa düşüləndir, çünki Antarktida Avstraliya ilə bir birindən daha öncə ayrılmışdır. Bununla əlaqədar onu da qeyd etmək lazımdır ki, artıq Avstraliyada hazırda yaşayan Amerika opossumlarına oxşayan Avstraliya kisəlilərinin əcdadlarının paleontoloji qalıqları tapılmışdır.
Təbaşir dövrünün sonu, paleogen dövrünün əvvələrində qitələrin yerləşməsi müasir dövrdəki vəziyyətə yaxınlaşmağa başlamışdı. Atlantik okeanı meydana gəlir, lakin bir o qeder də böyük deyildi. Bu okeandan üzən ağaclar vasitəsilə Afrikadan Cənubi Amerikaya ibtidai meymunlar və oxlu kirpilər keçmişlər. Madaqaskar Afrikadan ayrılır və qədim formaların qoruğuna çevrilır. Hindistan şimala doğru hərəkət edirdi, beləliklə gələcəkdə Asiya ilə toquşaraq qədim dəniz sayılan Tetisi bağlayacaq və Himalayı əmələ gətirəcək. Lakin Lavrasiya hələ ki, tam ayrılmamışdı və Köhnə aləmlə Yeni aləmin orqanizmlərinin mübadiləsi hələ də davam etməkdə idi.
Təkamül nöqteyi-nəzərindən ayrı-ayrı ərazilərin canlılarının neçə oxşar və fərqli cəhətlərini təhlil edək. Şərqi Avropa üçün xarakter olan məməlilərin faunası Uralda - Şimali Asiyada
əsasən olduğu kimi qalmışdır. Bu onunla izah edilir ki, Şimali Avrasiyanın olduqca böyük ərazisində ölçülərinə görə böyük və  kiçik məməlilərin yerləşməsi üçün xüsusi arakəsmə (sərhəd) yox
idi. Şimali Afrika məməlilərinin faunası Şimali Asiya faunasına çox yaxındır. Şimali Amerika faunası üçün, Şimali Avrasiya faunası üçün olduğu kimi sığın, dələ, su samuru, Sibir porsuğu, ağ ayı, ot yığan, uçar siçovul, burunduk, marmot, sünbülqıran və bir çox digər yaxın formalar xarakterikdir. Öyrənilən ərazilərin faunalarının oxşarlığı onunla izah olunur ki, müqayisə olunacaq dərəcədə yaxın vaxtlarda müasir Avrasiya və Şimali Amerika - Berinq kimi ayrı-ayrı qitələr arasında geniş
«körpü» mövcud olmuşdur. Cəmi milyon il əvvəl, paleocoğrafı məlumatlara istinad etdikdə aydın olur ki, bu qitələr bir-birilə əlaqəli olmuşlar.
Şimali ve Cenubi Amerika məməlilərinin faunalarını müqayisə etsək. Bu qitələrin böyük ərazi yaxınlıqlarına baxmayaraq onların faunaları arasında böyük fərq olduğunu görərərik. Əgər, Şimali Amerika və Şimali Avrasiya məməlilərinin faunalarını müqayisə edən zaman bir Şimali Amerikada yalnız üç endemik fəsilə müşahidə edilirsə, onda Cenubi Amerikada 10-dan çox
endemik fəsilə müşahidə edilir, lakin endemik cinslərin sayı isə 80%-ə çatır. Ərincəklər (Bradypedidae), qarışqayeyənlər (Myrmecophagidae), zirehlilər (Dasypodidae) (qeyrı-tam dişli
məməliler dəstəsinin nümayəndəsi) yalnız burada yaşayır.

 Cenubi Amerika omitofaunasında da fərq mövcuddur. Planetin bu hissəsində heyvanların bu cür özünəmexsusluğu on milyon illər ərzində Cənubi Amerikanın başqa qitələrdən tamamilə təcrid olunması ilə izah olunur. Bir neçə dəfə meydana gələn dar Panama boynu (bərzək) faunaların geniş mübadiləsini təmin edə bilməmişdir.
Avstraliya da demek olar ki, oxşar vəziyyətdədir, yəni 120 milyon il ərzində o başqa materiklərlə birləşməmiş qalmışdır. Bu vaxt ərzində Avstraliya materikində sərbəst, kənar heç bir faunanın təsiri olmadan kisəli və kloakalı (sidik-cinsiyyət və defekasiya məhsullarının açıldığı tək dəlikli) məməlilər inkişaf etmişdir. Avstraliyanın müasir faunasında, heyvanların bura keçməsi və
yerləşməsinə görə dörd mərhələni göstərmək olar: birinci mərhələdə bura, müasir dövrə çoxlu sayda müxtəlif növlər, cinslər, fasilələr vermiş kisəlilər (Marsupialia) və birdəliklilər (Monotremata) daxil olmuşlur. İkinci mərhələdə, Dünya okeanının səviyyəsinin kəskin dərəcədə aşağı düşdüyü bir vaxtda (bir milyon il əvvəl), Cenubi Asiya adalarından ora bir sıra gəmiricilər daxil olmuşlar. Müasir dövrdə bu gəmiricilər 26 siçan növü, həmçinin  6 endemik cinslə (qunduz siçanları, zencirquyruq siçovullar,
ərəbdovşanı kimi siçovullar ve b.) ilə temsil olunur. Üçüncü mərhələ Avstraliyaya, bir neçə on min il əvvəl insanlarla birlikdə vəhşi it dinqo (Canis dinqo) bu qitəyə gətirilmişdir. Və nəhayət, artıq bizim dövrümüzdə insanların köməyi ilə Avstraliyaya dovşanlar, marallar ve bir sıra başqa məməlilər getirilmişdir.
Yuxarıda biz Yerin bir sıra zoocoğrafı vilayətlərində yalnız ali onurğalıların (əsasən məməlilər) yayılmasından bəhs etdik. Belə bir analiz bitkilər üçün də mümkündür.
Bütün bunlar, planetin ayrı-ayrı rayonlarının növ tərkibinin xüsusiyyətlərinin elə bu yerlərin tarixi ilə sıx əlaqəli olduğunu göstərir.
Yaxın formaların yayılma xüsusiyyətləri.

İngiltərə və İrlandiyanın bir sıra çaylarında hazırda Coreqonus cinsindən olan 3 növ şirin su alabalığına təsadüf edilir. Onların müasir qidalanma yerləri xəritədə dairələrlə göstərilmişdir. 

1. müasir növlərin yayılması  2. keçmiş quru sahəsi 3. müasir quru ərazi
                               

Yaxın keçmişdə bütün Şimal-Qərbi Avropa okean səviyyəsindən (müasir səviyyə ilə müqayisədə) xeyli qalxmışdır. O zaman İrlandiya dənizinin yerinə böyük şirin su hövzələri ilə nəhəng vadi yerləşməli idi. Bu cür vadi oraya çaylarla axan suyun hesabına əmələ gəlmişdir. Bu su hövzəsində müasir alabalığının ulu əcdadlarının növü yaşamışdır. Mərkəzi suyunun daxil olması üzündən onun çaylarında qidalananlar bir-birindən təcrid olunmuşlar. Sonrakı müstəqil təkamül müddətində təcrid olunmuş alabalığı qrupları üç müxtəlif növə çevrilmişlər. Bu misal zoocoğrafi məlumatların köməyi ilə yalnız təkamül prosesinin gedişini bərpa etməyi deyil, həmçinin təkamülün tempi haqqında məlumatların əldə edilməsini göstərir.
Biocoğrafi analiz bəzi hallarda qrupların mənşələrinin mərkəzlərini üzə çıxarmağa imkan verir. Aviasiyasının xəritəsində bütün Parabizən (Verbascum) növlərinin arealları yerləşdirilmişdir. A.İ.Tolmaçevə görə 1976. 1,2,3,4 ayrı ayrı növləri bildirir


Kiçik Asiyada növlərin sıxlığına görə belə bir nəticəyə gəlmək olar ki, bura yalnız müxtəlifliklərin mövcudluğu mərkəzi deyil, həm də bütün cinsin mənşəyi mərkəzidir.
Yuxarılarda Darvinin adalarda apardığı müşahidələrdən azca danışmışdıq. 'Ada formalar' haqqında daha geniş formada danışmaq lazımdır. Adaların florası və faunası özünəməxsus bir şəkildə, bu adaların əsas quru sahəsindən təcrid olunmasından daha dərindən fərqlənir. Belə ki, məsələn, yaxın vaxtlarda materiklə əlaqəni itirmiş Britaniya adaları yalnız burada meydana gəlmiş az sayda növlərə malikdir. Belə növlərdən çiltoyuğu (lapogus skoitus), iki növ tarla siçanı, bir neçə alabalıq (sig) və bir sıra xırda cücü növlərini göstərmək olar. Digər tərəfdən, Afrika materikindən çoxdan ayrılmış (onlarla milyon il) Madaqaskar adaları özünəməxsus faunaya malikdir. Bu fauna da öz növbəsində xüsusi zoocoğrafi yarımvilayətinlərə ayrılır və burada məməlilərin 36 cinsindən 32 cinsi endemikdir, həmçinin 127 quş cinsindən demək olar ki, yarısı endemikdir.
Adaların faunaların dəqiq analizi yaxın növlərin qruplarının təkamül yolunu bərpa etməyə imkan verir. Məqaləmizin başlanğıcında Darvinin klassik misallarla qalapaqos vüroklarının təkamülünü qeyd etdiyi haqqında bildirmişdik. Bu Vürokların 14 növü hazırda Qalapaqos adalarında ve Koks adasında yaşayır. Qalapaqos adalarının yaşı bir neçə milyon ildən çox deyildir.


Müasir qalapaqos vüroklarının hansısa əcdadı bura düşmüşdür. Güman ətmək olar ki, bunlar digər sərçəkimilərdən xeyli əvvəl bura düşmüşdür. Şübhəsiz ki, bu qitələrdən gələnlərdən əvvəl baş vermişdir. Bu əcdad növ bütün adaptasiya sahələrini mənimsəmişdir. Darvin Vürokların 3 cinsini müəyyən etmişdir bunlar yer vürokları, ağac vürokları və silvilər. Yer vürokları açıq sahələrdə, ağac vürokları ağaclarda qidalanır. Silvilər (heyvani qidalananlar) isə müxtəlif yaşayış yeri tuturlar. O qidalanma ilə əlaqədar vürokları dəyişmiş dimdiklərinin quruluşu və formasına görə növlərə ayırmışdır. Məs. yer vürokları qalın dimdiyi ilə yerdəki tocumları sındırır, ağac vürokları ağacdələnlər kimi ağacların qabığını soyub dimdiyinə aldığı kaktus iynəsi ilə  həşaratlarla və bəzən də bitkilərlə qidalanır.

Qalapaqos vüroklarının əcdad növlərindən biri heç bir yeni növ əmələ gətirmədən Koks adasına düşmüşdür. Qidalanma yerinin müxtəlifliyinə baxmayaraq, növün fərdlər qrupunun ayrı-ayrı hissələri təcrid olunmamışdır və nəticədə cütləşmə mümkün olmuşdur.
«Ada formaları» anlayışına, yeni dağlar və su hövzələri ilə təcrid olunmuş dərin mağara sakinlərini də daxil etmək lazımdır. Mağara faunasında elə formalara rast gəlmək olur ki, mehz onların meydana gəlməsi, mağaraların ətrafında yaşayan qohum formalarının yaxın vaxtlardakı təkamülü ilə izah edilir. Belə ki, məsələn Kentukki ştatında (Şimali Amerika) məşhur Mamont mağarasında yaşayan kor balığın (Amblyopsis spelae) yaxın qohumları bu rayonun su hövzələrinin adi sakinləridir. Digər tərəfdən isə, mağarada yaşayanlar fövqəladə dərəcədə, uzaq qohum formalara malik ola bilər. Bu da öz növbəsində mağarada yaşayanların dolayı yolla qədimliyini göstərir. Belə ki, məsələn Yuqoslaviyanın yeraltı sualarından Şimali Amerikada yaşayan Necturus cinsindən olan amfıbilər avropa proteylərinin yaxın qohumlarının.
Oxşar vəziyyət təcrid olunmuş dağ rayonlarında orqanizmlər qidalanan zaman toplanır. Kilimandcaro və Keniya dağının yamacında olan 18 dağ-meşə məməli növü (meymun, dələ, daman ve b.) 18 yaxın qohum növə uyğun gəlir, lakin Kilimandjar yamacında olan növlər başqadır.
Qeyd etmek lazımdır ki, bütün hallarda ada flora və faunalarının inkişafı təkamül amili kimi fəza təcridinin təsirilə meydana gəlir. Ada orqanizmlərinin təkamülünün başlanğıc mərhələsinin analizi üçün çoxlu miqdarda materialı, bizim dövrümüzdə də toplamaq olar. İnsan tərəfindən biosfer dəyişdirilidikdə əvvəllər vahid olan erazini təcrid edən yeni su hovuzları meydana çıxır sonra müxtəlif ölçülü adalara malik yeni süni dənizlər yaranır. Bütün bunlar, təkamül prosesinin başlanğıc mərhələsini öyrənən zaman təbiətdə əsil tədqiqat laboratoriyası kimi mühüm rol oynaya bilər.
Hazırda biocoğrafiyanın yeni istiqaməti meydana gəlmiş və indi də intensiv şəkildə inkişaf etməkdədir. Bu ada flora və faunalarının təkamülünün qanunauyğunluqlarını öyrənən - ada biocoğrafiyasıdır (R.M.Artur, E.O.Vilson).
Fasiləli yayılma. Təkamülü sübut etməkdə faunanın fasilələrlə, yəni sahə etibarilə ara-sıra yayılması faktı çox maraqlıdır. Zoocoğrafı tədqiqatlar göstərmişdir ki, vaxtilə geniş ərazidə yayılmış növlər bu ərazinin bəzi sahələrində baş vermiş dəyişikliklərə uyğunlaşa bilməyərək məhv olmuşdur. Bu qayda üzrə əvvəlcə birbaşa yayılmış heyvanların ümumi sahələrində fasilələr meydana gəlmişdir. Tapir adlanan heyvanın bir növü Hind-Çındə, 4 növü ise Mərkəzi və Cənubi Amerikada qalmışdır. Lakin geniş bir zonada, məsələn, Asiyada
və Şimali Amerikada Tapirlərə rast gəlmək olmaz. Hazırda dəvələr Afrika, Asiya ve mənşəcə onlara yaxın olan lamalar Cənubi Amerikada yaşayır. Asiya, Afrika ve Cenubi Amerika əraziləri arasında geniş bir ərazidə (məsələn, Şimali Amerikada) dəvələr yaşamır. Nə ilə sübut etmək olar ki, vaxtilə dəvələr geniş bir ərazidə yayılmış, sonralar müəyyən ərazidə (meselen, Şimali Amerikada) yaşayanlar məhv olmuşdur. Şimali Amerikada dəvələrə aid tapılan paleontoloji qalıqlar sübut edir ki, dəvələrin hazırda yayılmasında müşahidə edilən ərazi fasilələri sonralar meydana çıxmışdır. Başqa misalları da bu məntiqlə izah etmək mümkündür.
İnciçiçəyi (Convallarin majalis) Avropanın meşə sahələrində və Qafqaz meşələrində, onun yaxın növü S. transcaucasica və S.keikei Uzaq Şərqdə yayılmışdır. Yəqin ki, inciçiçəyi daha geniş sahələrdə yayılmışdır. Aralıq dənizi hövzəsində, Qafqazda və Uzaq Şərq ərazisində son buzlaşma dövrlərində hələ isti iqlim sevən formalar yaşayırmış, lakin Avrasiyanın geniş sahələrində onlar məhv olmuşdur.
Biocoğrafi baxımdan dərin mağaraların faunasının da əhəmiyyəti böyükdür. Kentukki ştatında (Şimali Amerika) məşhur Mamont mağarasında kor balıqlar yaşayır. Bunların ən yaxın əcdadlarına indi də həmin rayonun su hövzələrində rast gəlinir. Deməli, aparılan araşdırmalar göstərir ki, mağaradakı kor balığın yaxın əcdadı o yerin ətrafındakı su hövzələrində indi də yaşayan kor olmayan növlərə yaxın qohum imiş. Bu fakt, həmin coğrafi şəraitdə tekamülün necə getdiyinə və sürətinə aid bir dəlildir. Uca dağ sahələri ilə alçaq dağ sahələri arasında baş verən təcridlər də həmin sahələrin Fauna tərkibinə təsir göstərməmiş olmazdı. Bu sahələr bir-birinden 300 km aralı olmalarına baxmayaraq, onların faunasında ümumi qohumluq əlaqasi vardır.
Reliktlər. Tebiet qoynunda milyon illərdən bəri canlı "şahidlər" - özündə paleontoloji materiallar saxlanmışdır. Keçmiş epoxanın flora və fauna tərkibinə daxil olan, bu günə qədər hayatını davam edən bitkilər və heyvanlar reliktlər - Latimeriyalar, Hatteriyalar, Opossumlar, bitkilər aləmindən kinkqolar relikt orqanizmlərdir.
1938-ci ildə Şərqi Afrikanın sahillərində tutulmuş pəncüzgəcli balıqlardan - Latimeriyalardan amfibilər başlanğıc almışdır. Bu balıqları Devon dövründən indiyə qədər (təxminən 400 mln. il) təbiət qorumuşdur. Həm qbalıqlar kimi qəlsəmələrə həm də ibtidai ağciyərlərlə su və quru mühitində tənəffüs edə bilirlər. Latimeria chaiumnae




Müasir təbiətdə yaşayan Hatteriyalar sürünənlər yarımsinifinin bir nümayəndəsi kimi hələ mezozoy erasından yaşayır. Bunların bədənində nəsli kəsilmiş Kotliozavrların bir neçə əlamətləri, o cümlədən təpə gözləri (bioloji saat rolunu oynayır, bizlərdəki epifiz vəzi ilə analoji orqandır) saxlanılmışdır. Bunlar hazırda Yeni Zelandiyanın sahillərində, dərin yuvalarda həyat keçirir. Sphenodon punctatum



Maraqlı relikt heyvanlardan biri də Opossumlardır. Bunların cinsləri və növləri çoxdur. Onlar Amerikanın tropik zonalarında yaşayır. Bunlar ən primitiv kisəlilərdən olub, bədənlərində milyon illər bundan əvvəl yaşamış əcdad formalarının əlamətləri vardır. Buna görə də, opossumları relikt heyvanlar sırasına daxil edirlər. Opoccum

Ginkqo (Ginkgo Biloba) adlanan bitkilərdə hələ Yura dövründə nəsli kəsilmiş ağac formalı əcdadların əlamətləri görünür. İndi bunlar ancaq Çin və Yaponiya ölkələrində bəzək bitkisi kimi becərilir. 

Tanış olduğumuz relikt orqanizmlər üzvi təkamülün real proses olduğunu bir daha sübut edir.
Beləliklə biocoğrafi üsullar həm makrotəkamül proseslərini həm də mikrotəkamül proseslərini öyrənməyə imkan verir. Xx əsrdə mikrotəkamülün öyrənilməsində bu üsulların əhəmiyyəti xüsusilə artmışdır. Nəticədə bu, dinamik biocoğrafiya və geno (feno) coğrafiya kimi istiqamətlərin meydana gəlməsində mühüm rol oynamışdır.
Tags : , ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar