Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

26 Ağustos 2016 Cuma

Bitkilərin Sudan Quruya Çıxmasında Rol Oynayan Gen Kəşf Olundu

| Rəy yoxdur



2 ay bundan öncə Leeds Universiteti Bitki Elmləri Mərkəzində edilən bir araşdırmada, bitkilərin təxminən 500 milyon il əvvəl sudan quruya keçidlərində rol oynayan gen kəşf edildi. Məslə mövzusu olan ANR geni, təcrübi model olaraq istifadə olunan və bir quru bitkisi olan Physcomitrella patens yosununun "həddindən artıq su itkisi"nə dözümünün artırılmasını təmin edir.

Qrupun əldə etdiyi materiallara görə, antik quru bitkilərinin demək olar ki, hamısında olan ANR geni, onlara ortaq əcdadları olan bir şirin su yosunundan ötürülmüşdür. Gen, o zamandan bəri toxumlu bitkilərin təkamülündə itmiş kimi idi. Tədqiqatçılardan Dr.Andrew Cuming belə izah edir: "Bu gen indiyə qədər tapılmamışdı, çünki edilən araşdırmaların çoxunda diqqət müasir çiçəkli bitkilərə yönəlmişdi. Tək və çoxhüceyrəli yosunlar isə dünyanı dəyişdirən təkamül sirlərini ortaya çıxarmamıza kömək edəcək "zaman maşınları"dır. Bitkilər quruda koloniyalaşmamışdan öncə, dünya çılpaq idi. Quru bitkiləri planetimizi, iqlimi, geoloji və təbiət tarixini dəyişdirdi" deyir.

Qrup, The Plant Cell jurnalında nümayiş olunan məqalələrində, quruya ilk çıxan sadə anatomik quruluşlu bitkilərin (Psilofitlərin) yüksək dehidratasiyasına baxmayaraq həyatda qala bilmələrini təmin edən molekulyar irəliləmənin ANR geni ilə olan əlaqəsi izah edilir. Sudan quruya keçidin, şübhəsiz ən böyük əhəmiyyəti, ölməmək üçün kafi olacaq su miqdarında olmuşdu. Müasir toxumlu bitkilər isə sonradan, çox daha mürəkkəb anatomik quruluşlara sahib olacaq formada təkamül etdilər. Beləcə torpağın dərinliklərindən su udmaq və bu suyu gövdələrinin hər yanına daşıya biləcək funksiyaları qazandılar. Bu səbəbdən daha sürətli şəkildə və daha çox böyüməyi bacardılar.

Aspirantura işi əsnasında ANR genini kəşf edən Dr. Sean Stevenson araşdırmasını belə şərh edir: "Etdiyimiz genetik analizlərə baxılsa, ANR genindən sintez edilən zülal, ABA adındakı bir bitki stress hormonu tərəfindən göndərilən siqnalların daşınmasına xidmət edir. ABA hormonu, bitkiyə su itirməkdə olduğunu xəbər verərək, dehidratasiya ilə mübarizə aparmasını təmin edəcək zülalların aktivləşdirilməsini təmin edir. Qurumağa başlayan yosunların əksəriyyətinin regenerasiya etməsinin səbəbi də budur. Toxumlu bitkilərdə ABA, bitkinin su itkisini məhdudlaşdırmağa kömək edər, yarpaqlardakı buxarlanmanı azaldar. Yəni ABA hormonu bitkinin quru mühitlə mübarizəsində əsas rol oynayır. İşin maraqlısı isə, su yosunlarının ABA'ya cavab verə bilməməsindədir. Bir sonrakı araşdırmamızda, bu hormonal siqnal prosesinin necə doğulduğuna diqqətimizi yönəldəcəyik. "



Physcomitrella patens


Mənbə: Science Daily, “How plants conquered the land”
< https://www.sciencedaily.com/releases/2016/05/160519121122.htm >

Tags : , , ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar