Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

30 Ağustos 2016 Salı

Emil Michel Cioran: Nihilizm haqqında

| Rəy yoxdur
Emil Michel Cioran: Rumıniyalı yazar. (8 aprel 1911 Răşinari, Rumıniya - 20 iyun 1995-Paris) filosof və tanınmış XX əsr ritorik sintezcisidir. Əsərlərinin bir hissəsini Fransız bir hissəsini isə Rumınca qələmə almışdır.



Nihilist deyiləm. Elə olduğum deyilə bilər, amma bunun bir mənası yoxdur. Mənim üçün boş bir formuldur  bu. Sadələşdirsək, heçlik və ya daha çox boşluq aludəçisi olduğum deyilə bilər. Buna razıyam. Amma nihilist olduğum deyilə bilməz. Çünki öyrəşilmiş mənasıyla nihilist, az ya da çox siyasi düşüncələrlə ya da kim bilir hansı səbəblərlə, hər şeyi məhv edən  biri kimi başa düşülür.  Mənsə heç də elə deyiləm. Elə isə mənim metafizik mənada nihilist olduğum deyilə bilər. Amma bu belə heç bir şeyi ehtiva etmir. Şübhəçi terminini daha asan qəbul edirəm, hər nə qədər saxta bir şübhəçi olsam da.

Belə deyim:  Heç bir şeyə inanmıram.

Bir addım geri dayandığımızda, meşəni seyr etmək  üçün ağacları bir kənara çəkdiyimizdə, ağacların dəyərsizliyi ilə qarşı-qarşıya qalarıq. Daha çox geri gəldiyimizdə, meşəni tamamilə əhəmiyyətsiz hesab edərik. Eynisi bu ölkə, yer kürəsi, günəş sistemi və qalaktika üçün də keçərlidir. Bu kainat o qədər genişdir ki, kənardan biz  bir qum dənəsindən də kiçik görünürük. Ən böyük problemlərimiz belə bizlə birlikdə heçliyə qarışır. Biz sadəcə, Tanrıların oyuncaqlarıyıq, yenə də Tanrılar oyunlarına bizi layiq görmürlər belə.

İnsan əsla bir cavab tapa bilmədi və tapa bilməyəcək də.Həyat sahib olduqlarımızın bütünüdür amma yenə də o heçdir.

Boş yerə əzab çəkməyək. Qəti müvəffəqiyyətsizliklər bəzən faydalıdır. Onu qarşılayın, sonra  hətta onu qeyd edin. Yalnızlığımız güclənəcək və bərkiyəcək. Qaçış  tünellərimizdən bir neçəsini bağlayın, axırda öz başınıza yalnız qalarsınız, bu an bir həyata sahib olma mənasızlığı olan sərhədlərimizi  və vəzifələrimizi sorğulamaq üçün daha yaxşı bir yerdəyik.

Tanrının ölümü, hamımızı aldadan bir parıltıdır. Bizi tərk edilmişlik içində üzdürür, Thales qədər əvvəllə aid suallar soruşmağa məcbur edər və aydın ola bilməyən bir cəhənnəm çuxuru qarşısında başı dönən biri halına gətirər insanı. Bu sürgünlük ilahiyyatına laqeyd qalsaq, dərhal gündəlik təkrarların çətinlikləriylə üz-üzə gəlirik.

Kiməm mən? Həqiqətən Mən’im hansıdır? Uzun zamandır özümü bildim biləli bu dünyanın mənə lazım olmadığının şüurundayam, nə edəcəyimi bilmirəm. Boş bir mənəvi qürura qapılmanın və artıq varlığımın mənə kirlənmiş və çürümüş bir ilahi kimi görünməsinin səbəbi yalnız və yalnız budur!

Hər birimiz, yalnızlığa qarşı işlənən günahıq, yəni insanlarla alver səbəbindən pozulmuş şanssız bir saflıq dozuyla doğularıq. Çünki hər birimiz, özümüzə həsr olunmamaq üçün əlimizdən gələni edərik. Bu vəziyyət müqəddəratı deyil düşüş meylini xatırladar. Əllərimizi təmiz və ürəklərimizi pozulmamış bir halda mühafizə etməkdən acizik; yadların tərləriylə təmas edərək özümüzü kirlədərik; ikrahı ac və bayağı heyranı bir halda, kütləvi çirkabın içinə boğazımıza qədər batırıq. Müqəddəs suyla dolu ümmanlar xəyal etdiyimizdə, artıq oraya dalmaq üçün çox gec qalmışıq. İliyimizə, sümüyümüzə qədər qoxuşmuş olmağımız, o ümmana dalıb boğulmamızın qarşısını alar. Dünya yalnızlığımızı pozmuşdur. Başqalarının üzərimizdə buraxdığı izlər silinməz bir hala gəlir.

Bu dünyada heç bir şey öz yerini tapmış deyildır, başda elə dünyanın özü. Elə isə insan ədalətsizliyini seyr edərkən heç  təəccüblənməmək lazımdır. Cəmiyyətin nizamını rədd etmək də qəbul etmək də eyni şəkildə əbəsdir. Onun yaxşı və pis istiqamətdə dəyişmələrinə, ümidsiz bir mühafizəkarlıqla məruz qalmağa məcburuq; eynilə doğuma, eşqə, iqlimə və ölümə məruz qaldığımız kimi. Həyat qanunlarının başında çürümə gəlir: Öz qalıntılarımıza, cansız obyektlərin öz qalıqlarına olduqlarından daha yaxınıq. Onlardan əvvəl təslim oluruq və məhvedilməz kimi görünən ulduzların baxışları altında taleyimizə doğru qaçırıq. Amma şəxsən ulduzlar da, yalnız qəlbimizin ciddi qəbul etdiyi, sonra da istehza nöqsanlığının kəfarətini böyük ağrılarla ödədiyi bir kainatın içində kiçik parçalara ayrılar.

Hər şey mümkündür, yenə də heç bir şey mümkün deyildir. Hər şey mübahdır amma eyni zamanda heç bir şey mübah deyil. Hansı tərəfdən gedərsək gedək, o yol digərlərindən daha yaxşı deyil. Bir şeyi bacarsan da, bacarmasan da, inancın olsa da, olmasa da, ağlasan da, səssiz qalsan da hamısı eyni qapıya çıxır. Hər şey üçün bir açıqlama var,ancaq  yenə də heç bir şeyin bir açıqlaması yoxdur. Hər şey həm gerçək, həm gerçək olmayan, həm normal, həm də absurd, həm görkəmli, həm sönükdür. Hər hansı bir şeydən daha qiymətli başqa bir şey yoxdur, hər hansı bir fikirdən daha yaxşı başqa bir fikir də  yoxdur. Birinin kədəriylə kədərlənmək, sevinciylə sevinmək də nədir? Bədbəxtliyini sev və xoşbəxtliyindən iyrən. Hər şeyi bir-birinə qarışdır. Bütün qazanclar bir itki, bütün itkilər bir qazancdır. Niyə həmişə qərarlı bir tutum, aydın fikirlər və mənalı sözlər gözlənilir ki?

Mən yerin səthində sürünən milyonlarla insandan biriyəm. Biri, başqası yox. Bu sıravilik hər hansı bir nəticəni, hər hansı bir davranışı və ya hərəkəti haqlı çıxarar. Pozğunluq, iffət, intihar, iş, cinayət, tənbəllik və ya üsyan. Buna görə hər insan etdiyində haqlıdır demək. Arzu etdiyim hər şeyi edə bilərəm və bu bir fərq yaratmır. Hər hansı bir fikir, ağla gələn hər hansı bir həvəs tətbiq edilə bilər ya da tətbiq oluna bilməz. Düşüncənin reallaşıb, reallaşmaması belə əhəmiyyətli deyil. Günün sonunda yenə  heç bir şey olmamış kimi olacaq. Cinayət işləsəm də, həyatlar qurtarsam da heç əhəmiyyətli deyil, çünki bütün həyatlar mənimki qədər əhəmiyyətsiz. Bu səhifədəki düşüncələrim yalnız cızma-qaralamalardır və onların arxasındakı düşüncələr, bomboş. Mənim qədər əhəmiyyətsiz olan bir şeyə necə məna yükləyə bilərəm ki?

Özümə saysız ilah uydurdum, hər tərəfdə bir çox məbədlər tikdim və bir Tanrı kütləsi qarşısında diz çökdüm. İndi ibadətdən bezdim, payıma düşən sayıqlama dozasını xar vurub, xırman sovurdum. Haradan gəldiyimi artıq deyə bilmərəm. Məbədlərdə inancsızam, yaşadığım yerlərdə istəksizəm, həmcinslərimin yanında maraqsızam, yer üzündə məşğuliyyətim  yoxdur. Mənə diqqətə dəyər bir arzu verin və dünyanı alt-üst edim. Hər səhər mənə bir diriliş komediyasını  və hər axşam məzara giriş komediyasını izlətdirən, ikisi arasında da zinhara gətirən, kəfən əzabından başqa heç bir şey yaratmayan o gerçək  utancdan qurtarın məni. İstəməyi arzulayıram və hər istədiyim mənə qiymətsiz gəlir. Melanxolik  tərəfindən gəmirilən bir Vandal kimi, mənsiz mən, hədəfsiz bilmədiyim hər hansı  tərəfə doğru yol alıram. Tərk edilmiş bir Tanrı, özü də tanrıtanımaz olan bir tanrı kəşf etmək  üçün və onun son şübhələrinin və son möcüzələrinin kölgəsində yuxuya getmək üçün.

Heç bir ağılın heç bir tənqidi  insanı doqmatik yuxudan oyandırmayacaqdır.

Heç bir şey deyiləm, bu açıq aydındır amma illərcə bir şey olmaq istədim. Bu arzunu öldürə bilmədim. Bu, arzu var olduğu üçün var. O, böhrana salır məni və təsiri altına alır. Onu rədd etməyimə baxmayaraq onu keçmişə həvalə etmək də boşunadır. O, müqavimət göstərir və yaralyır. O heç bir zaman doyurulmadan eləcə toxunulmamış qaldı, əmrlərimə tabe olmaq istəmir. Arzum ilə mən arasında donub qalmış bir vəziyyətdəyəm, axı nə edə bilərəm?

Şübhəni yer kürəsinin dərinliklərinə qədər basdırmaq istərdim; onun maddəyə nüfuz etməsini təmin etmək, zehinin heç girmədiyi yerdə onun hökmranlığını qurmaq və varlıqların iliyinə çatmadan əvvəl də daşların dincliyini sarsıtmaq, oraya etibarsızlığını və qüsurlarını soxmaq istərdim. Memar olsam, məhvə bir məbəd inşa edərdim. Rahib olsam, duanın gülünclüyünü ortaya çıxarardım, kral olsam, üsyanın bayrağını asardım. İnsanlar gizlindən bir-birlərindən tiksinməyə həvəs etdiklərinə görə, onları  hər tərəfdə özünə sədaqətsizliyə təhrik edərdim, məsumiyəti heyrətə salardım, özünə xəyanət edənləri çoxaldardım, mütləqliklə çürümə yerində əksəriyyətin qoxuyub getməsinə mane olardım.

Emil Michel Cioran.
Tags : ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar