Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

22 Ağustos 2016 Pazartesi

Nə zaman insan oluruq? Yadlaşma

| Rəy yoxdur
Bioloji cəhətdən insan heyvanlar sinifinə aiddir. İnsan özünüdərk və digər amillərlə heyvandan fərqlənir. Özünü dərk prosesini gerçəkləşdirən isə beyindir. İnsan beyni təbiətdə bütün bənzərlərindən üstündür. Bu isə insanın təbiətən yeganə silahının beyin olmasından irəli gəlir. Təbiətdə fizioloji cəhətdən insan beyninə yaxın olan beyin bəzi meymun növlərindədir ki,onlar qəbilədə(qədim insanlar kimi) yaşasalar da, ağaclarda sərbəst və cəld hərəkət etmək,sürətlə qaçmaq,qüvvətli zərbə endirmək kimi silahları var. İnsanın isə vəhşi heyvanla qarşılaşanda beynini işlətməkdən başqa çarəsi olmur. Təkamül edib beynimiz inkişaf etməsəydi,biz təbiətin içində çoxdan yox olmuşduq. İndiki zamanda isə biz təbiəti yavaş-yavaş yox edirik. Beyin gücümüz buna imkan verir. Bəs biz bu gücdən nə zaman insan,nə zaman heyvan kimi istifadə edirik? İnsanın tələbatları var:insani-səy,şövq,fikir və.s və heyvani-içmək,yemək,çoxalmaq,yatmaq və.s Karl Marks deyirdi ki, insani (nisbi) tələbatları ictimai quruluş,istehsal və mübadilə şəraiti müəyyən edir. Öz həqiqi tələbatlarını görməyi bacarmayan insanlarda özünüdərk problemi və bunu görməyə imkan verməyən psixoloji travmalar olur. Höte deyir:"Nə pul,nə hakimiyyət,nə də hissi həzlər dünyanı dərk etmək imkanı verə bilməz,o insan bütün dünyadan ayrılıqda bədbəxtdir. Yalnız yaradıcılıq insanı məna ilə doldurur." Höte haqlıdır, bizə məna qatan iradi (şüurlu) hərəkətlər bizi yaradıcı edir. Ancaq insanlar hər zaman yaradıcı ola bilməzlər. Məhz buna(tələbatlara) görə iqtisadiyyat elmi yaranıb. Erix Frommun dediyi kimi bütün insani hislər,insaniləşdirilmiş təbiət sayəsində varlar. Frommun dediyi insaniləşdirilmiş təbiət bu gün vitrində gördüyümüz bizə lazımlı şeylərin, soyuducumuzda olduğu təbiətdir. Doğrudan da,insan heyvani tələbatları ödənəndən sonra,insan ola bilər. "Yemək,ya da ölmək" seçimində olan insan üçün qidanın insan üçün olması önəmli deyil,hər şeyi yeyə bilər. Afrikada xəstə fili diri-diri yeyən yerliləri görəndən sonra bu fikir mənə daha aydın oldu. Deməli, K. Marks öz iqtisadi təlimində haqlı olaraq deyir ki,insanların bütün zəruri(heyvani) tələbatı ödənməlidir. Əgər bütün uşaqlarda eyni oyuncaqdan olsa,yanlız psixoloji xəstə olan uşaqlar başqasının əlindən o oyuncağı alardı. Kapitalist sistem bizi öz tələbatlarınız arasında seçim etməyə məcbur edir. Sizin az miqdarda kapitalınız varsa,istədiyiniz insan ola bilmirsiniz ,bəlkə də, heç insan ola bilmirsiniz-ağzında şikar yuvasına gətirib yeyən heyvandan fərqli deyilsiniz. Siz kapitalınız,mülkiyyətiniz artsın deyə sizi insan edən şeylərdən-kitab,kinoteatr,konsert,yarışlar,teatr,yığıncaqlar,səyahət və.s şeylərə getməyib qənaət etməli olursunuz.. -Biz nə zaman insan oluruq? -Bolluq olanda insan,aclıq olanda heyvan oluruq. Yazdı:Ziya Mehdiyev. Faydalı ədəbiyyat: -Erix Fromm. Marksın insan konsepsiyası
Tags : , , ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar