Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

3 Eylül 2016 Cumartesi

ALMAN DİLİ - Dərs #3 (Unterricht#3)

| 2 Rəy



AlMAN DİLİNDƏ ŞƏXSLƏR

Alman dilində 3 şəxs vardır  -  1-ci , 2-ci , 3-cü şəxs və onların cəm formaları .


ich - mən        wir - biz              Sie - siz ( hörmət mənasında )
du - sən           ihr - siz
er  - o              sie - onlar
sie - o          
es - o            



  • " er " kişi cinsində olan sözlər üçün işlədilir .
  • " sie " qadın cinsində olan sözlər üçün işlədilir .
  • " es " orta cinsdə olan sözlər üçün işlədilir .


Qeyd :  Böyük hərflə yazılan " Sie "  hörmət mənasında işlədilir . Hansı ki , bu dilimizdə də var .

Nümunə :

Entschuldigung  , besuchen Sie auch Deustchkurs ?
Bağışlayın Siz də alman dili kursuna gedirsiz ?






Cümlənin əvvəlində gələrkən həm hörmət mənasında işlədilən " Sie " , həm də 3-cü şəxs təkdə işlədilən " sie " böyük hərflə yazıldığından bunun hansı mənaya gəldiyini yalnızca felin şəxsə görə formasından müəyyən etmək olar .


Sie fahren auch nach Deutschland.   -   Siz də Almanyaya gedirsiz .

Sie fährt auch nach Deutschland . -  O da Almanyaya gedir .


Bu cümlələrdə " fahren " felinin   " fahren " və " fährt " formalarına görə  cümlənin şəxsini müəyyən etmək mümkündür .


Felin şəxsə görə hallandırılması növbəti dəfələrdə izah olunacaq.



--------------------------------------------------------------------------------------------------------------------------

LÜĞƏT



sagen - [ zagen ] - demək                               auch - [ aox ] - həmçinin 
antworten - [ antvorten ]  - cavab vermək      der Name - [der name ] - ad
bezahlen - [ betsalen ] - ödəmək                    der Familienname - [ der famili:nname ] - soyad
bestellen - [ beştellen ] -sifariş etmək            das Heim - [ das haym ]  - yurd
reisen - [ rayzen ]  - səyahət etmək               der Garten - [ der garten ] - bağça



Vüqar M.















Tags :

2 yorum:

  1. Paylashimlariniz teqdirelayiqdir.Zehmetinize deyer,amma bashliga bele seviyyesiz shekil atmaniz tam yersizdir(incimeyin,tam semimi dedim)

    YanıtlaSil
    Yanıtlar
    1. Şərhiniz nəzərə alınacaq , təşəkkürlər

      Sil

Çox oxunanlar