ALMAN DILINDƏ FELLƏRİN TƏSRİFLƏNDİRİLMƏSİ
Fellərin təsrifləndirilməsi aşağıdakı kimidir .
gehen - getmək
ich gehe - mən gedirəm wir gehen - biz gedirik
du gehst - sən gedirsən ihr geht - siz gedirsiz
sie gehen - onlar gedirlər
er geht - o gedir ( kişi cinsi )
sie geht - o gedir ( qadın cinsi ) Sie gehen - Siz gedirsiz ( hörmət mənasında )
es geht - o gedir ( orta cins )
Bəzi fellərdə isə hallanma zamanı dəyişikliklər olur .
schlafen - yatmaq
ich schlafe - mən yatıram wir schlafen - biz yatırıq
du schläfst - sən yatırsan ihr schlaft - siz yatırsız
sie schlafen - onlar yatırlar
er schläft - o yatır
sie schläft - o yatır Sie schlafen - siz yatırsız
es schläft - o yatır
" sein " feli dilimizdə " olmaq " mənasındadır. Ingilis dilində olan " to be " ilə eyni qrammatik xüsusiyyətə malikdir .
ich bin Arzt - mən həkiməm wir sind Ärzte -biz həkimik
du bist Arzt - sən həkimsən ihr seid Ärzte - siz həkimsiz
sie sind Ärzte - onlar həkimdirlər
er ist Arzt - o həkimdir
sie ist Arzt - o həkimdir Sie sind Arzt - siz həkimsiz ( hörmət mənasında )
es ist Hund -o itdir
--------------------------------------------------------------------------------------------------------------------------
LÜĞƏT
anmachen - [ anmaxen ] - yandırmaq ( məsələn : TV , kompyuter )
ausmachen - [ ausmaxen ] - söndürmək ( məsələn : TV, kompyuter )
beschreiben - [ beşrayben ] - təsvir etmək
bringen - [ bringen ] - gətirmək
einkaufen - [ aynkaofen ]- almaq
fernsehen - [ fernzeyen ] - televizor izləmək
die Speisekarte - [ di: şpayzekarte ] - menyu
die Leute - [ di: loyte ] - insanlar
das Gedicht - [ das gedix't ] - şeir
das Gespräch - [ das geşprex' ]- danışıq , söhbət
der Unfall - [ der unfall ] - hadisə
Əgər telefonla oxuyursunuzsa sözlər sətirdən - sətirə sürüşə bilər . Bunun qarşısını almaq üçün ekranı yana çevirib oxuya bilərsiz .
Vüqar M.
Əgər telefonla oxuyursunuzsa sözlər sətirdən - sətirə sürüşə bilər . Bunun qarşısını almaq üçün ekranı yana çevirib oxuya bilərsiz .
Vüqar M.
Hiç yorum yok:
Yorum Gönder