Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

2 Eylül 2016 Cuma

Doğrudanmı insanlar fərqli barmaq izləriylə yaradılıb?

| Rəy yoxdur
"İnsanlar, ayırd edilə bilmək üçün fərqli barmaq izləri ilə doğulurlar və bu formada yaradılırlar."  kimi iddialar hər insanın özünü fərqli hiss etmək üçün uydurulmuşdur, hətta başqa ideoloji fikirləri də özündə ehtiva edir.

Gerçəkdə isə iki insanın barmaq izi bir-birindən fərqli olmaq məcburiyyətində deyildir. Amma bənzərlik ehtimalının insan populyasiya böyüklüyünə nəzərən daha kiçik olmasından ötəri, az qala heç bir zaman belə bir bərabərliyə rast gəlinməz. Ancaq bu, iki adamın barmaq izinin eyni ola bilməyəcəyi mənasını verməz, ki bir neçə dəfə bu vəziyyətə rast gəlinmişdir də. Bundan başqa, barmaq izlərinin fərqli olmasının şəxslərin ayırd edilməsi ilə birbaşa bir əlaqəsi yoxdur. Barmaq izlərinin fərqli olmasının əsas səbəbi, bir miqdar genetik, böyük miqdarda isə təsadüfi inkişaf edən uc nöqtə (ətrafların) səthləringən aslıdır. Təsadüfi yerə atılan iki parçanın mikro səviyyəsində birə-bir eyni formada qişa bilməyəcəyi kimi, barmaq izlərimizin fərqli şəkillərdə meydana gəlməsi arasında heç bir fərq yoxdur. Barmaq izlərinin 100% eyni olma ehtimalının azlığından ötrü, məhkəmə araşdırmalarında bu fərqlilik, bir çox başqa məlumatla birlikdə ayırd edici bir faktor olaraq istifadə edilər.Yəni barmaq iziylə genetik kodunuz arasında zənd edildiyi kimi bir əlaqə mövcud deyil.

Barmaq izləri, embrionun formalaşmasının ilk 3 ayında meydana gəlir. Çox müxtəlif barmaq izlərinə rastlana bilmək mövcuddur. Elm insanları və Məhkəmə Tibbi ekspertləri bunları 7 əsas başlıqda toplayır: Arch (Yay), Tentarch (Çadır Yay), Right Loop (Sağ Dövr), Left Loop (Sol Dövr), Double Loop (Cüt Dövr), Right pocked Loop (Sağ çuxurlu dövr), Left pocked Loop (Sol çuxurlu dövr), Whorl (halkasal) və Mixed (Qarışıq). Sizin barmaq izinizi hansı qrupa daxil olduğunu tapa bilmək üçün aşağıdakı aşağıdakı fotoşəkillə tanış ola bilərsiz:




Barmaq izlərin quruluşunun təməl xəttlərini genlər təyin edir. Yəni ümumiyyətlə bu kateqoriyalardan hansılarına düşəcəyəm və ana təyin edici nöqtələrin (ayırd edici bumps və çuxurlar) harada meydana gələcəyinə genlərimiz nəzarət edir. Buna baxmayaraq, bütün detalları genlər müəyyən etməz. Çünki tək yumurta əkizlərinin belə barmaq izləri bir-birindən fərqlidir. Bu çox da təəccüblü olmamalıdır: çünki tək yumurta əkizlərinin saç tellərinin hər birinin baş dərisindəki mövqeyi də birə-bir eyni deyil. Çünki bu da böyük nisbətdə təsadüfidir. Lakin təməl ünsürlər, genetik olaraq müəyyən edilir. Yəni tək yumurta əkizlərinin barmaq izlərinin bənzərliyi, sizinlə bizim barmaq izlərimizin bənzərliyindən çox olacaq. Ancaq genetik təməldə təyin edilən çərçivədən sonra meydana gələn ətraflı formalaşma az qala tamamilə təsadüfidir. Çünki barmaqların inkişafı əsnasında, ən uc nöqtələrdə çıxarılan dərinin fiziki olaraq "üst bükülümü" (surface buckling) deyilən bir hadisə nəticəsində təsadüfi bir şəkildə bükülməsi, barmaq izlərinin bir-birindən fərqli olmasının əsas səbəbidir. Bu eynilə, yerə doğru təsadüfi atılan bir parçanın qıvrılıb, bükülüb, formalaşmasına bənzəyir.

Barmaq izlərinin eyni olmamasının səbəbinin təsadüfi olmasını bu nümunəylə izah edə bilərik: Düz bir səthə, bir qəpik atacaq olsanız, atomu atomuna 100% eyni nöqtədə iki dəfə dayandırma ehtimalınız yox deyiləcək qədər azdır. Çünki qəpiyin duracağı nöqtəni saysız dəyişkən təyin edər və bu dəyişkənlərin az qala hamısı sizin idarəniz xaricindədir. Əgər sahəni kifayət qədər böyük düşünsəz pul nümunəsi ilə barmaq izi nümunəsi birə-bir eyni ola bilər. Məsələn bir futbol meydanına 100 metr yüksəkdən bir qəpik atmağı düşünün. Bəlkə də qəpiyin təsadüfi olaraq eyni yerə düşmə ehtimalı yox deyiləcək qədər azdır amma qeyri-mümkün də deyil. Barmaq izləri də eyni şəkildə, saysız faktorların (qan təzyiqi, qidalanma forması, mühit dəyişimi, embrionun əzələ quruluşu, duruş forması, rəhm istiliyi vs.) təsiri altında təsadüfi olaraq meydana gəlirlər. Bu səbəblə iki adamın barmaq izinin eyni olması ehtimalı qeyri-mümkün deyilsə də, son dərəcə aşağıdır. Ancaq birə-bir eyni barmaq izinə sahib iki (və ya daha çox) insanın var olması vəziyyəti, ehtimal etdiyimizdən tez baş verən bir vəziyyətdir.

Tibb elmləri üzrə olduqca əhatəli araşdırmaları olan, Darvinin əmisi oğlu Sir Francis Galton, iki adamın eyni barmaq izinə sahib olma ehtimalının təxminən 64 milyarda 1 olduğunu hesablamışdır. Son 52.000 il içərisində dünya üzərində yaşayan insan sayının isə 107 milyard ətrafında olduğu düşünülməkdədir. Hal-hazırda isə Dünyada 6.916 milyard insan yaşayır. Əlbəttə bir ehtimalın 64 milyardda 1 olması, onun heç olmayacağı mənasını vermir.

Barmaq izlərinin təkamül baxımından mənası, əsas olaraq sürtünmə qüvvəsini artırıcı təsirə sahib olmasıdır. Məsələn bu səbəblə su içərisində barmaqlarınız bürüşür. Bu, kavrayacağımız cisimləri daha asan tutmamızı təmin edən bir adaptasiyadır. Bilindiyi üzrə, sürtünmə qüvvəsi səthlər arası bir "nizamsızlıq əmsalı" və ya "sürtünmə əmsalı" ilə doğru mütənasibdir. Bir səthin mikro və nano ölçüdəki nizamı, kobudlaşdıqca və eniş-çıxışlar artdıqca sürtünmə əmsalı artır və bu səbəbdən sürtünmə də artır. Əl istifadəsi əhəmiyyət kəsb edən heyvanlarda bu "barmaq izi" olaraq xatırlanan; halbuki yalnız bir "kobudluq" olaraq görə biləcəyimiz strukturlar təkamülləşmişdir. Barmaq izlərinə, xüsusilə dırmaşıcı və əllərini tez-tez olaraq istifadə edən digər heyvanlarda da rast gəlinir. Qorilla və şimpanze başda olmaq üzrə bir çox primattda, Avstraliyada yaşayan koalalarda Şimali Amerikadakı bəzi su məməlilərində bu strukturlara rast gəlinir.



Edilən bir araşdırma göstərmişdir ki, elektron mikroskop istifadə edilsə belə bir koala ilə bir insanın barmaq izləri bir-birindən ayırd edilə bilməməkdədir.
Tags : , , ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar