Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

20 Haziran 2016 Pazartesi

Biz necə qocalırıq?

| Rəy yoxdur
Benjamin Buttonun tuhaf hikayesi. Brad Pitt


Əslində mən də daxil olmaqla bir çoxları qocaldıqda onu nələrin gözlədiyini düşünərək özünü çox qəribə hiss edir. Çünki heç kim qocalmaq istəmir. Bəs insan necə qocalır və qocalıq özü ilə hansı problemləri gətirir?
Qocalıqla bağlı elm herontologiya(yunan.geron-qoca) adlanır. Qocalıq müxtəlif müstəvilərdən öyrənilir:ətraf mühitin təsiri,molekulyar və genetik cəhətdən,fizioloji,biokimyəvi,psixoloji...
İnsanlar yaşa görə iki cür təsnif edilir: xronoloji yaş və bioloji yaş. Xronoloji yaşınızı hamınız bilirsiz,doğulduğunuz gündən bu günədək olan müddətdir. Bioloji yaş isə tamamilə fərqli anlayışdır,müddətdən asılı deyil və fərdidir. Ona görə bioloji yaşınızı bilmirsiniz. Həmçinin həmyaşıdlarınızla da eyni bioloji yaşa malik deyilsiniz. Ancaq bəzi ümumiləşdirmələr aparmaq mümkün olur. Məsələn qadınlarda dərinin elastikliyi 30 yaşda itirsə,kişilərdə bu 80 yaşa təsadüf edir. Mövzu dəriyə gəlmişkən qeyd edim ki,qocalığın zahirən ən böyük təsirini hiss etdiyimiz  dərimizdir. Zamanla dərialtı piy qatı yoxa çıxır və dəri sallaq görünür. Həmçinin tər vəzilərinin sayı azaldığına görə dəri quru olur. Bütün bunları,yəni dəridə bioloji qocalığın zahirən təzahürünü biz  40-50 yaşdan sonra aydın görməyə başlayırıq. Bu göstərici hər bir orqan üçün özünəməxsusluq təşkil edir. Belə ki, ağciyərlər 70 yaşa çatdıqda təxminən həyat tutumunu(bir növ həcmini) 40% azaldır. Orqanizmin "istifadə etdiyi" oksigenin miqdarı hər 10ildə kişilərdə 10%,qadınlarda 7.5% azalır. Damarların divarlarında xolestrin toplanmağa başlayır və zamanla 1 dəqiqədə ürəkdən keçən qanın həcmi azalır. Nəticə etibarı ilə də beyinə gedən qanın miqdarı azalır. Bu və digər səbəblərdən beyində neyronların(sinir hüceyrəsi) davamlı şəkildə azalması müşahidə edilir və məhv olan hüceyrələr heç vaxt bərpa olunmur. Sual ortaya çıxır ki,bəs necə olur beyin fəaliyyətini davam etdirir? Belə ki,itmiş hüceyrələrin yerində mövcud hüceyrələrin "çıxıntıları" bir-birilə əlaqə saxlaya bilir və beynin fəaliyyətini bərpa edə bilir. Bu heç də sizə möcüzə kimi gəlməsin,əgər orqanizm bu kimi vasitələrlə tamlığını qoruya bilməsə idi,halhazırda insan deyə bir növ yox idi. Təkamül cəhətdən buna uyğunlaşdığımız üçün digər insana bənzərlik təşkil edən növlər məhv olub,insan isə mövcudluğunu saxlaya bilib. Ancaq sizə elə gəlməsin ki,orqanizm öz tamlığını ideal şəkildə qoruyur,əsla belə deyil. Beyin hüceyrələrin ölməsindən sonra əlaqə qurula bilsə də,orqanizm bunun özü ilə bərabər gətirdiyi orijinal(yaradıcı) düşüncə və yaddaş zəifliyinin önünə keçə bilmir. Bunlar isə öz növbəsində Senil demensiyalara- qocalıq kəmağıllığına səbəb olur. Bunlara yaddaşsızlıq və Altsheymer kimi hər kəsin tanıdığı məşhur xəstəliklər aiddir. (Altsheymer ilə bağlı ayrı məqalə yazılacaq) Bu xəstəliklərin cavanlarda da müşahidə olunması sizin beyninizdə bu sualı yarada bilər:yaddaşsızlıq qocalıqdan yaranmır. Bu belə deyil,mən məqalənin əvvəlində də qeyd etdiyim kimi sözügedən qocalıq bioloji qocalıqdır. Sizdə 20 yaşında normalda 75 yaşında müşahidə edilən bioloji qocalıq müşahidə edilə bilər,ona görə də gənc yaşınızda yaddaşsızlıq problemi bioloji yaşınızın çox olduğunu göstərir. Sonda isə Doç. Dr. Mithat Durakın bu fikrini qeyd etməklə yekunlaşdırmaq istəyirəm: insan əgər 75 yaşında özünü 18 yaşındakı kimi hiss edirsə,gümrah sayırsa,deməli,onun bioloji yaşı 18 yaşdır..

Ziya M.

Mənbələr: tibbi biologiya və genetika. C. Nəcəfov
Yaşlılık nedir? Dr. Özlen Turgul
Dr. Mithat Durakın veb adresi:mithatdurak. com
Tags : ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar