Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

8 Eylül 2016 Perşembe

Türkiyə və Azərbaycan türkləri varmı?

| Rəy yoxdur
Artıq mən türkəm, farsam, talışam və ya ərəbəm demədən öncə işin əsli ilə maraqlanmağınızın vaxtı gəlmişdir. Türkiyə və Azərbaycan türkləri varmı? Bu yazımızda sizləri təəccübləndirəcək məqamlar olacaqdır. Bu zamana kimi özünüzü bir türk olaraq hesab etmisizsə, bu haqda hətta millət anlayışı haqqında yenidən düşünün.

2005-ci ildə National Geographic tərəfindən başladılan 'Genom' layihəsi olduqca sürətli irəlilədi, 2007-ci ildə insan oğlunun gen xəritəsi çıxarıldı və bu gün artıq millətlərin qohumluq əlaqələrini təyin edəcək yetərli məlumata sahib vəziyyətdəyik.

Y-DNT Haplogroup Nədir?

Y-DNT haplogrupu (ata tərəfindən), on minlərlə il əvvəl yaşamış atanı bildirir. Y-DNT haplogrupları, atadan oğula köçürülən y-xromosomunun minlərlə il ərzində uğradığı mutasiyalarla meydana gəlmişdir. Haplogruplar hərflərlə ifadə edilir. Aşağıdakı şəkildə "atanın atasının atası ..." şəklində davam edən ata xətti (Y-DNT soy ağacı) göstərilmişdir. İrq anlayışı isə bir zamanlar yaranmış yanılmadır. İnsanların bir irqi mövcuddur. [1]

Bu arada niyə 'ata' sözcüyünə vurğu etdiyimizi dərhal açıqlayaq; Y-xromosomu yalnız kişilərdə var, ana tərəfindən soyağacınızı təyin etmək istəsəniz mitoxondrial DNT testi etdirməniz də lazımdır. Y-xromosomunun vəzifəsi cinsiyyətin təyin olunmasıdır. Yəni oğlan uşaq sahibi ola bilməyən yoldaşlarımız 'mənə bir oğul övlad verə bilmədin' deyə qadını günahlandırmaq yerinə bu vəziyyətdən öz y-kromosomlarını məsul tutsalar daha doğru bir iş görmüş olarlar.

Bütün haplogrupların atası, A0-T olaraq adlandırılmaqdadır və 235.500 il bundan əvvələ aid olduğu müəyyən edilmişdir. 66.000 il əvvəl də A və B haplogruplarına əlavə olaraq C, D, E və F ata haplogrupları meydana gəlmişdir. Günümüzdəki haplogruplar bu ata qruplarından törəmişdir. Aşağıda ilk kişidən günümüzə Y-DNT haplogrup soy ağacını yekunlaşdıran bir vizual iştirak etməkdədir.


Digər haploqruplar barədə məlumat verib uzatmaq istəmirəm, amma əlavə məlumat əldə etmək istəyənlər buraya daxil ola bilərlər. Bizi maraqlandıran əsas qrup J2 haploqrupdur.

J2, 32.000 illik bir keçmişə malikdir. Bu səbəblə J2'nin budaqları indiki vaxtda çox sayda xalqda görülməkdədir. Eyni zamanda Türkiyə və Azərbaycanda ən çox görülən Y-DNT haplogrubudur. J2 haplogrubu, ümumi olaraq Orta Asiyadan Qərbi Asiya doğru sıxlıq qazanır. Nisbətən digərlərində çox olan J2 haploqrupu Türkiyə və Azərbaycan kimi ölkələrdə sadəcə genlərin 25%ini təşkil edir, aşağıdakı şəkildə isə MA ilə işarələnmiş Ərəb ölkələrində bu haploqrupun atası olan J haploqrupu genlər 50%  təşkil edir, nə qədər çətin də olsa bu o mənaya gəlir ki, bizlər türk yox ərəb genlərini daha çox daşıyırıq. Bu isə Türkiyə və Azərbaycanda yaşayıb özünü türk hesab edənlərin sadəcə 25% "türk" olduğu mənasına gəlir. Geniş bir çərçivədən baxsaq əslində bütün insanların atası olan A0-T bütün haploqruplara başlanğıc vermişdir. Aşağıdakı şəkilə diqqətlə nəzər salmanızı tövsiyyə edirəm. Özünüz də "türk xalqlar"ında (TU) olan gen müxtəlifliyini görə bilərsiz.

Y Haploqruplar

Bütün haploqruplara nəzər salmamız çətin olacaq, ona görə aralarından bəzilərini seçib sizin işinizi asanlaşdıracam. Nümunə olaraq R1a haplogrubunu araşdıraq. Bu qrup 25 min il əvvəl təxminən Şərqi Avropa və ya Cənubi Asiyada meydana gəlmişdir. Daha çox Slavyan və German'larda rast gəlinən bir haploqrupdur.

Bu gün Rusiya, Ukrayna, Polşa kimi Slavyan ölkələrində R1a-nın sıx olduğunu yuxarıdakı şəkildə görəcəksiniz. Buradan yola çıxaraq R1a'nın yalnız Rus və ya Slavyan xalqlarının geni olduğunu söyləyə bilmərik. Bəli, slavyanlar ataları R1A haplogrubundandır, ancaq 25 min il əvvəl ortaya çıxan bu qrup 19-27% nisbətində Norveç və İsveçdə də görülür. Demək ki R1A həm Slavyan həm də Skandinaviya millətlərinin ortaq atasıdır. Bir mənada bu xalqların ehtiva etdiyi R1a nisbəti qədər bir-birləriylə qohumdur deyilə bilər. Türkiyədəki insanlarda da 16 %  R1a genlərinə rast gəlinmişdir.

Türkiyəyə baxdığımızda sanki bir gen mozaikası görürük, az qala heç bir haploqrup dominant deyil. Əgər yaşıl rəng diqqətinizi çekdiysə qərar verməkdə tələsiklik etməyin. Yaşıl, yuxarıda da dediyimiz kimi J1 və J2 qruplarını işarələyir, bunlar Orta Asiya doğumlu deyil. Necə ki bu araşdırmanı edən qaynaq Türkiyə üçün xüsusi bir qeyd də yazmışdır, tərcüməsi eynilə belədir; "Türkiyə, bu cədvələ alınmayan Afrika və Asiya haplogruplarını da (A, ExE1b1b, C, H, L, O, R2)  8.5%  nisbətində saxlayan tək ölkədir ..."

Sual yaranır əgər 25% ərəb atalı, 16 % slaviyan köklü genlər varsa, bəs Orta Asiyadan köç edən əsl türklərin genləri haradadır? Orta Asiya xalqlarında olan Q haploqrupunun Q1a1b (M25) budağı ümumiyyətlə Turkmənlərdə yüksək nisbətlərdə görülür. Q1a1a1 (M120) budağı isə Monqollar arasında müəyyənləşən digər bir şaxədir. Yenə bu haploqrup antik DNT nümunəsi (Q1a) olaraq dəmir dövrünə Altaylarda J2 və R1A haplogrupu ilə birlikdə qarşımıza çıxmaqdadır. Türkiyədə isə bu  4.2% kimi olduqca aşağı nisbətlərdədir. Yəni türklər nə qədər qəribə səslənsə də 4.2% türküdür. Türkçülük anlayışı isə sadəcə tarixçilərin dil qruplarından çıxardığı bir nəticədir.

Q və N haplogruplarının ortaq atası isə 36 min il əvvəlki 'NOP' haplogrupu. Xronoloji cədvələ baxdığınızda kimlərlə qohum olduğunuzu görəcəksiniz. Bəli, gözlərinizə inanın, bütün Avropa və Orta Asiya millətləri 36 min il əvvəl eyni soydan yarandılar. Tipik Avropalılar olan R1A və R1b'nin atası olan R haplogrupu 30 min il əvvəl Orta Asiyada doğuldu.

Bir çox adamın bu gen testinə mülayim baxmadığını bilirik. Son zamanlarda yalan nəzəriyyələrdə yaxşıca özümüzü itirmişkən bəzilərinin bu genetik araşdırmaları şiddətlə rədd edəcəyini təxmin edə bilərik. Amma Galileyin dediyi kimi elm inkar qəbul etmir, bəziləri 'xeyr olmaz' desə də Yer dövr etməyə davam edir.

Mənbə:

  • https://dna-explained.com/2013/01/24/what-is-a-haplogroup/
  • http://www.haplogruplar.com/y-dna-haplogruplari/
Tags : , ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar