Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

11 Haziran 2016 Cumartesi

John Nash-Oyun teorisi

| 3 Rəy

Çoxları Beautiful Mind filmindən John Nash və oyun teoremi haqda məlumatlıdır. Amma bu teoremin nə məna daşıdığını və tətbiqini çox az adam bilir. Filmə baxanlar xatırlayar,barda baş verən bir səhnə var. O səhnədə   bara daxil olan sarışın qız  Nash və dostlarının diqqətini çəkər. Nash sözlü mübahisə baş verdiyini hiss edər və Adam Smithin rəqabətlə bağlı fikrini xatırlayar:"qrup daxili rəqabət zamanı ən yaxşı nəticəni almaq üçün hər bir oyunçu bacardığının ən yaxşısını etməlidir". O an Nash bu fikrin doğru olmadığını düşünər, çünki onların diqqətindən kənarda qalan sarışın qızın rəfiqələri də var idi. Əgər bütün oğlanlar eyni qızla sevgili olmağa çalışsa ,ancaq biri qazanacaq və digər qızlar da oyundan kənar qalmış olacaqdı. Ona görə də Nash düşündü ki, qrup üçün ən yaxşı nəticə bu ola bilməz. Ən yaxşı nəticə almaq üçün digər qızlarla da ünsiyyət qurmalıdırlar.Yəni oyunçu qrup üçün ən yaxşı nəticəni əldə etmək istəyirsə,oyunçular həm özü,həm də qrup üçün ola biləcək ən yaxşı nəticə üçün mübarizə aparmalıdır. Sonradan bunu iqtisadi nəzəriyyə halına salan Nash buna Nash sabiti adını qoydu. 


Nash sabiti qulağa adi bir şey kimi gəlsə də, siyasət və iqtisadiyyatda çox önəmli rol daşıyır. Belə ki,bu nəzəriyyə o dövrün iqtisadi anlayışları ilə zidd olsa da , 1994-cü ildə Nash bu nəzəriyyə sayəsində iqtisadiyyat üzrə Nobel mükafatını əldə etdi. Dünyadakı bir çox təşkilatlar bu nəzəriyyəyə uyğun çalışır. Məsələn neft istehsal edən ölkələrin birliyi olan OPEC üzvləri bu qaydanı yerinə yetirmədiyinə görə neftin qiyməti şiddətli şəkildə düşdü. Belə ki, bəzi istehsalçı ölkələr ixracatı saxlasa da, bəziləri bu qaydaya riayət etmədi(mənbə: http://www.ekogundem.com/iran-petrol-uretiminde-geri-adim-atmiyor-4504/)  . Ümumilikdə,bu kimi təşkilatların yaranmasın əsas səbəbi satdıqları məhsulun qiymətini özləri tərəfindən təyin olmasıdır. Yəni Nash*in də dediyi kimi qrupda heç kim uduzmamalıdır.

Ziya M.
Tags :

3 yorum:

Çox oxunanlar