Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

5 Ağustos 2016 Cuma

Təkamülün Sübutları: Paleontologiya və aralıq keçid formaları

| Rəy yoxdur

Paleontolgiya qədim orqanizmlərin qalıqlarını öyrənərək, onların müasir orqanizmlərlə oxşarlıq və fərqlərini aydınlaşdırır. Paleontoloji məlumatlara əsasən yerin üst laylarından tapılan orqanizmlərin aşağıdakı laylardakı formalara nisbətən quruluşca mürəkkəbləşməsi və müasir formalara daha oxşar olması müşahidə olunur. Qazıntı halında tapılan orqanizmlərə əsasən keçid formalar müəyyən edilir və müxtəlif sistematik qruplar arasında qohumluq əlaqələri dəqiqləşdirilir. Biz nə qədər çox keçid forma forma tapsaq bu təkamül nəzəriyyəsinin doğruluğunu isbat edir. 

Paleontoloji qalıqlara başqa adla Fosil'lər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq qayalaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir. Fosilləşmə prosesi təbiətdə uzun zaman tələb etməsinə baxmayaraq, süni yollarla da 'fosilləşmə' mümkündür. Hətta bu mövzu üzərində müəyyən məlumatı olmayan insanlar 'fosillər' sərgiləyən "elm insanları" tərəfindən çox aldadılırlar. Əgər bir fosil sizə göstərilirsə onun güvənilən araşdırma mərkəzi tərəfindən təsdiqlənmiş olduğuna əmin olun. Mövzudan çox uzaqlaşmayaq, qayıdaq fosilləşmə prosesinə. Bunun üçün bir sıra şərtlər vacibdir. Onlardan əsas olanlarını bunlardır.

1) Canlı orqanizm göl, dəniz və ya hər hansı su hövzəsi yaxınlığında ölməlidir. Çünki ancaq su bu mineralları sedimanter (tortul) qayalarına çevirə bilər.

2) Ölmüş heyvanın cəsədi leşyeyənlər və ya bakteriyalar tərəfindən dağıdılmasın. Bu isə vəhşi təbiətdə nadir hadisələrdən biri olardı.

3) Təbii hadisələr zamanı fosilləşmə prosesinə maneə olmasın.

Digər kiçik məsələlər də vardır, amma əsas bu üçüdür. Buradan anladığınız kimi Paleontolgiya üzrə araşdırma aparan alimlər çox çətin bir yoldadırlar. Buna baxmayaraq yüz minlərə fosil tapılmışdır. Bunların çoxu isə dəniz canlıları təşkil edir, çünki quru calılarına görə onların fosilləşmə şansı daha yüksəkdir.

National Geographic sənədli filmlərindən birində geoloq belə deyirdi: "Litosferin hər bir qatı dünya üzərində olan canlılığın tarixini yazan ən yaxşı tarixçidir".

Litosferin ayrı-ayrı laylarının tədqiq edilməsi zamanı tapılan paleontoloji qalıqların hesabına dəyişilən formaların ardıcıl şəkildə sıraya düzülməsi, bəzi növlərin paleontoloji sıralarının müəyyən olunması mümkün olmuşdur. Palentoloji sıralar a-b-c-d-e kimi düz bir istiqamətdə getmir, təkamülü anlamaq üçün ağacı gözunuzün qarşısına gətirə bilərsiz. Tutalım sizin babanızın 5 övladı var, hər övladın da 3 övladı, bu bir ağacın 5 budağı və hər budağın 3 zoğu varmış mənasına gəlirsə təkamül ağacını da belə təsəvvür edə bilərsiz.


Gördüyünüz bu şəkil ardıcıllıq gözlənilməklə pliosen dövründə Guraulus cinsindən olan molyuskların təkamül ağacınını göstərir. Buradakı bir molyusk birbaşa gigərinə təkamül etməyib biri ilə digəri arasında uzun bir dövr vardır. Bu qənaətə isə məşhur elm insanı Şmalhauzen gəlmişdir. O özü də qeyd edir ki, müxtəlif laylarda müxtəlif quruluşda canlılara rast gəlinir. Bu isə dəyişərək çoxalmanın bariz nümunəsidir. Arada gördüyünüz molyusklar aralıq keçid formalar adlanır. Əlbəttə ki, paleontoloji sübutlar molyusklarla bitmir sadəcə molyusklar dəniz canlısı olduğu üçün daha çox fosillərinə rastlanmışdır.

İşi bir az ciddiləşdiməyin vaxtı gəldi deyə düşünürəm.

Qazıntı halında tapılan keçid formalar - qədim və müasir qrup orqanizmlərin əlamətlərində uyğunluq təşkil edən orqanizm formalarıdır. Belə formaların axtarışları və dəqiq təsvir edilməsi ayrı-ayrı qrupların filogenezini (tarixi inkişafını) bərpa etməkdə üçün mühüm üsul kimi xidmət edir.

Buna ən yaxşı misal kimi paleontoloji qalıq halında tapılmış İchthyostega-nı göstərmək olar. Bu forma balıqlara yerüstü onurğalılarda olan bir sıra əlamətləri özündə birləşdirir. İchthyostega'nın Devon dövrünə aid balıq və quru onurğalılar arsında keçid forma olduğu elmi olaraq təsdiqləmişdir. Steqosefallar qrupundan olan qədim yerüstü onurğalılar da həmçinin balığabənzər bəzi əlamətləri saxlayır.

 

"Buz Dövrü" çizgi filmindən çıxmış bu canlı o dövrlərə aid yeganə aralıq keç forması deyil.




Buradakı şəkildə isə həm digər aralıq keçid formalarını həm də onların üzgəcli ətrafdan beşbarmaqlı ətrafa keçidi aydın göstərilmişdir. Bir az digər keçid formalara misal çəkmək istəyirəm.

Proterogyrinus: Missisippian Dövründə ( təxminən 320 milyon il əvvəl) yaşamış olan bu sürünən amfibi, balıqlardakı dişlərə sahib olmaqla birlikdə üzgəc yerinə 5 barmaqlı ayaqlara malikdir (qurbağa skelet quruluşu, balıqlardakına bəzən bənzəyir amma ümumi olaraq olduqca fərqlidir). Amfibilərlə sürünənlər arası möhtəşəm bir keçid göstərən bu növ, getdikcə daha çox sürünənə bənzəməyə başlayan bu sürünənvari qurbağa klassik qurbağa kimi bir kəlləyə və dişlərə sahib olduğu; ancaq sürünənlərdəki kimi bir onurğaya, çanaq sümüyünə (pelvis) və bazu sümüyünə (humerus) malikdir. Biləkləri amfibilərdəki ilə eynidir.


Hylonomus və Paleothyris: Erkən Pennsylvania Dövründə (311 milyon il əvvəl) yaşayan bu "protothyrid" lər (qurbağa ilə ilkin sürünənlər arası qrup), çox erkən cotylosaurlardır, yəni primitiv sürünənlərdir. Olduqca çox sürünənlərə bənzəyən bir böyüklüyə sahibdirlər və qurbağa kəllə quruluşunu daşıyarlar (beyin epifizi və s. baxımından). Ayrıca çiyin strukturları, çanaq sümükləri (pelvis), qıç sümükləri (limb), orta dişləri və onurğaları da qurbağaya bənzəməkdədir. Ancaq bunun xaricində qalan skeleti, tamamilə sürünənlərinkinə bənzər. Hətta sudan quruya əsaslı keçidin möhtəşəm bir xüsusiyyəti və təkamülün möcüzə bir dəlili olaraq qulaq pərdəsininin meydana gəlməsi belə primitiv olduğu olsa da, təyin olunmuşdur.

Şəkil: Hylonomus

 

Daha neçəsi haqqında yaza bilərdik amma mümkün qədər qısa olması üçün biz sadəcə adlarını yazırıq. Siz isə istərsəniz hər biri haqqında əlavə məlumat əldə edə bilərsiz: Solenodonsaurus, Limnoscelis, Tseajaia, Captorhinus, Protocaptorhinus, Eocaptorhinus, Romeria, Hyperodapedon, Trilophosaurus, Proterosuchus, Protorosaurus, Prolacerta, Planocephalosaurus, Claudiosaurus, Apsisaurus, Petrolacosaurus, Araescelis, Hylonomus, Paleothyris


148-150 milyon il əvvəl Yura dövrünə aid, göyərçin böyüklüyündə yaşamış olan və Darvinin "Növlərin mənşəyi" nin nəşr olunmasından 2 il sonra tapılmış olan (1861) dinozavrlarla quşlar arasında iştirak edən bir ara keçid forma Archaeopteryxdir. Növə aid ümumi 11 ədəd fosil tapılmışdır. Archeopteryxdə sürünənlərdə olduğu kimi uzun fəqərələli quyruq olmuşdur ki, 20-25 sırada lələklərlə örtülmüşdür, ağzında isə dişləri olmuşdur. Bu artıq müasir quşlara bənzər idi: bədəninin digər hissələri də yaxşı inkişaf etmiş lələklərlə örtülmüşdü, ön ətraflar qanadlara çevrilmişdi amma indiki quşlardan fərqli olaraq bir ətrafında 3 yox sürünənlərdəki kimi 5 barmaq var idi. Arxeopteriksdə müasir quşlardakı kimi döş tili olmadığı üçün yaxşı uça bilmirdi.

 


Kresionistləri eşitmisiniz? Əgər yardılışçı 'elm insanları' ağlınıza gəlirsə hə demək eşitmisiniz. Onların Arxeopteriks haqqında müəyyən əks arqumentləri var "Arxeopteriksdə sürünən xüsusiyyətləri yoxdur o sadəcə bir quşdur, İndiki Hoatzin adlı quşda da pəncə var, Qazkimilərdə də dişlər var və Arxeopteriksdən 75 milyon il öncə də quş yaşamışdır" deməli bu növ aralıq keçid forması deyildir ( onlara görə). İndi isə istəyirəm arxeopteriks haqqında olan bu yalanları aradan götürüb sizlərin bu növ haqqında məlumatınızı dərinləşdirim, quşlar və sünənlərə aid fərqli və oxşar cəhətləri ayırmağa kömək olum.

İlk olaraq sürünənlərə aid olan oxşar xüsusiyyətlərə nəzər salaq.

1. Archaeopteryx skelet sisteminin quruluşu baxımından dinozavrlara çox yaxındır. Eyni dövrdə yaşadığı Comsogncttus (və digər Theropod dinozavrlar) kimi iki ayağının üzərində, önə meylli dayanmaqdadır. Bütün skelet sistemi, quşlardan fərqlidir və bir dinozavra bənzəyir.

2. Archaeopteryx'in 23 quyruq fəqərəsindən ibarət quyruğu heç bir quş növündə yoxdur. Bu quyruq, Trias və Yura dövrlərində yaşamış quyruqlu uçan Saurianlaf'larda da mövcuddur. Bu quyruq heyvanın uçmağa çalışarkən və ya qaçarkən, ani istiqamət dəyişdirməsinə kömək olmaqdadır. Müasir quşlarda bu quyruq kiçilmiş və tək büzdüm sümüyünə çevrilmişdir.

3. Archaeopteryx'in ağırlıq mərkəzi və qanadının skelet quruluşu bütün digər quşlardakından fərqlidir, bu Archaeopteryx'ın bildiyimiz quşların uçduğu qədər rahat uça bilməyəcəyini göstərir.

4. Sürünənlərin ayaqdakı metatarsal (daraqarxası) sümükləri bir-birindən ayrıdır; modern quşlarda bu metatarsal sümüklər tək sümük olaraq birləşmişdir. Archaeopteryx'dən əvvəl meydana gəlmiş və anatomik olaraq Archaeopteryx'ə çox oxşayan, Compsognatus'da ayaqdakı metatarsallar ayrıdır, Archaeopteryx isə bu metatarsallar yarı-bitişmişdir, yəni Archaeopteryx ayaq metatarsal sümükləri baxımdan quş ilə sürünənlər arasında bir yerdədir.

5. Archaeopteryx ayaqları Theropod dinozavr əcdadlarındakına oxşayır; üç uzun ayaq barmağı, bir də geri gedən biz insanlardakı baş barmaqla homoloji olan qısa barmağı var.

6. Archaeopteryx'in qanadlarında heç bir quşda olmayan dinozavr pəncələri mövcuddur; bir tək Hoatzin adlı bir quşun inkişaf vaxtında qısa bir müddət üçün qanad pəncələri meydana gəlir. Bu isə pəncə deyil, adi bir qərni törəmədir. Bu quşlar ağaclarda yuvaladığı üçün yumurtadan çıxan balalar ağaclardan bu törəmələri vasitəsi ilə tutunub dayanırlar. Yetkinlik dövründə isə bu quşlarda pəncələrə rast gəlinmir (aşağıdakı şəkillərdən də Hoatzini gördüyünüz kimi). Müasir quşlarda qanad sümükləri birləşmişdir və  bunlar qanadlara yapışır. Archaeopteryx'in isə qanadların ucunda dinozavr pəncələri var.

 

7. Archaeopteryx'dəki pektoral (sinə) əzələləri, dinozavrlarda olduğu kimi incə gastral (qarın) qabırğalarına bağlanmışdır . Qarın qabırğalarına malik olması belə sürünənlərə xas əlamətdir.

8. Yaxşı uçucu quşlarda hava kisəcikləri, ağciyərlərdən sümüklərə qədər uzanıb, birləşirlər; beləcə uçuş əsnasında xərclənən enerjinin təmin edilməsi üçün, oksigen ehtiyacı qarşılanmış olur. Archaeopteryx'də hava kisəcikləri olmadığı göstərilmişdir; yəni Archaeopteryx uçucu bir quş deyil.

9. Sürünənlərdəki kimi Archaeopteryx'in beyni də zəif inkişaf etmişdi.

10. Arxeopteriksdə qədim sürünənlərdəki kimi çənə üzərində dişlərə rast gəlinir. Qazkimilər dəstəsindəsə dişlər yoxdur sadəcə suyu süzməyə xidmət edən dimdik çıxıntıları mövcuddur.

Digər tərəfdən Archaeopteryx'in quşlarda olan xüsusiyyətləri də var.

1. Archaeopteryx'də də quşlardakı kimi sümüklərin böyümə mərkəzi uclardadır, sürünənlərdə isə bu sümüyün mərkəzindədir, Archaeopteryx'də quşlardakı kimi içi boş sümüklərə aid bir izə isə rast gəlinməmişdir.

2. Archaeopteryx'in caynaqlı qanadında və quyruğunda lələklər vardır, bu da onu sürünənlərdən ayıran və quşlara yaxınlaşdıran bir xüsusiyyətdir.

3. Archaeopteryx lələkləri asimmetrik və aerodinamik bir quruluş göstərir. Dəvəquşu, Hind toyuğu kimi uçma qabiliyyətini itirmiş quşlarda isə tüklər simmetrik quruluşdadır. Bu xüsusiyyəti ilə Archaeopteryx uça bilən quşlara daha yaxındır.

4. Archaeopteryx'də çəngəlşəkilli körpücük və pəncə lüləsinin olması müasir quşlara da yaxın olduğunu göstərir.



Yuxarıda kresionistlərin iddialarına birindən başqa hamısına cavab verdiyimi düşünürəm. Qaldı ki, "Archaeopteryx quşların əcdadı ola bilməz, ondan 75 milyon əvvəl Protoavis quşu yaşamışdır" iddiasına, aşağıdakı heyvan Protavisdir və oxumağa davam edin.
                                     

Archaeopteryx bundan 150 milyon il əvvəl yaşamışdır, amma ondan əvvəlki 100 milyon il içində şübhəsiz ki, bir çox sürünən və dinozavr növü, həm məməlilərə həm də quşlara təkamül etməyə davam etmişdir. Təkamül nəzəriyyəsi quşlara başlanğıc verən növün yeganə olaraq Archaeopteryx olduğu demir. Ondan əvvəl də aralıq keçid formalar mövcud ola bilər. Unudulmaması lazım olan nöqtə, müddətlərin milyon illərlə ifadə edilməsidir. Protoavis, Archaeopteryxdən 75 milyon il əvvəl yaşamışdır, çox dağınıq bir skeleti tapılmışdır, quşlara isə Archaeopteryx'dən daha çox bənzəmir, lakin bir dinozavr quşdur. Bu məlumat quşların sürünənlərdən təkamül etməsi nəzəriyyəsini təkzib etmir, əksinə gücləndirər. Çünki bu deməkdir ki, ən az 225 milyon ilə 150 milyon il əvvəl, quşlara və sürünənlərə bənzəyən canlılar var idi və 65 milyon il əvvəl dinozavrlar yox olana qədər, ən az bir 160 milyon il təkamül etməyi davam etdirdilər. Əlimizdə olan paleontoloji qalıqlar quru heyvanları məsələ mövzusu olduqda çox azdır. Ona görə də Protoavis ilə Archaeopteryx arasında nəsil şəcarəsinin qurulması çətin məsələdir. Kim bilir bəlkə də Archaeopteryx'in əcdadı Protoavis ola bilər. Amma bu əlimizdə sürünən-quşlara aid yeganə aralıq keçidlər deyil. Digər donazavr-quşlarla maraqlanmaq istəyənlər üçün dinozavrlardan quşlara doğru olan aralıq keçid ardıcıllığı tərtib etdim, hər bir ad bir linkə açılır buyrun:


Digər bir paleontoloji qalıq isə Terapsid qrupundan olan Yırtıcıyabənzər Reptilidir (Lycaenops). Onu araşdıran 3 elm insanı İ.İ.Şmalhauzen'ə - 1969, A.Romer'ə - 1968 və R.Piterson'a - 1978 görə reptililərdən məməlilərə olan keçid formadır.



Lycaenops böyük diş sümüyünün (os dentale) inkişafına, ikinci sümük damağına, məməlilər üçün xarekterik olan kəsici, köpək və azı dişlərinə ixtisaslaşmış  bir sıra əlamətlərə malik olmuşdur. Amma həyat tərzinə görə bunlar sürünənlərə daha yaxındır.
Əlbəttə ki sürünənlərdən məməlilərə olan keçid dövrünə aid sadəcə bir Lycaenopsu deyil. Hal-hazırda əlimizdə, çox çox sayda sürünən (reptile) məməli keçişinə aid palentoloji qalıq var. Yuxarıda sürünənlərlə quşlar arasında keçiddən danışdıq, başa düşdüyünüz kimi sürünənlər həm quşlara həm də  məməlilərə başlanğıc vermişdir.
Əlimizdəki ara keçidlər, Pelycosaur'lara (məməlilər kimi skeletə, onurğaya malik ancaq sürünənlər kimi yumurta ilə çoxalan növlərdən ibarət olan ailə), Therapsid'lərə (məməlilər və məməlilərin atalarını əhatə edən ailə), Cynodont'lara (müasir məməlilər və nəsli kəsilmiş olan bir qrup əcdadlarına aid olan ailə) və daha inkişaf etmiş məməlilərə aiddir.
Məməlilər ilə sürünənlər arasındakı ən təməl iki fərqlilik bunlardır:

1) Sürünənlərin alt çənəsində ən az 4 ədəd sümük vardır (nümunələr: dentary, articular, angular, surangular, coronoid, vs.) ancaq məməlilərdə 1 ədəd tapılır (dentary).

2) Sürünənlərin qulaqlarında 1 ədəd sümük vardır (üzəngi - stapes), ancaq məməlilərdə 3 ədəddir (çəkic, zindan, üzəngi - hammer, anvil və stapes).

Və sizə Təkamülün ovsunlayıcı ispatlarından biri daha: Yuxarıdakı 2 məlumat, aradakı fərqin təkamül nəzəriyyəsini çıxmaza saldığını düşünmənizə səbəb ola bilər. Ancaq embrioloqların etdiyi araşdırmalar nəticəsində məlum olmuşdur ki, sürünənlərdə artıqdan olan alt çənə sümüklərinə insanın emrionunda da ilkin halda rast gəlinir, ancaq “artıqdan sümüklər” olan bu çənə sümüklərinin çəkic və zindan sümüklərinə çevrildikləri müşahidə olunmuşdur. (Gilbert, 1997, səh: 894-896). Bu da qulaqlarımızdakı çəkic və zindan sümüklərinin sürünənlərin çənə sümüklərindən təkamül etdiyinin və bu səbəbdən Təkamül Nəzəriyyəsinin isbatıdır. Aşağıda bu mükəmməl təkamülün asan aydın ola bilməsi üçün qoyulmuş olan təmsili pillələri görə bilərsiniz: hər bir çənə sümüyünün yanında ara keçid formasının adı yazılmışdır.

 



Bir az digər keçid canlılara da nəzər yetirək. 

Paleothyris: Erkən Pennsylvania Dövründə (311 milyon il əvvəl) yaşamış bir sürünəndir, məməlilərdəki kimi  gicgah boşluğu (temporal fenestrae) heç yoxdur.


Protoclpsydrops haplousErkən Pennsylvania dövründə yaşamış bu sinapsid sürünəndə (məməlilərlə əlaqəsi olduğu/olacağı üçün “sinapsid sürünən” deyilir) çok kiçik bir gicgah boşluğu vardır ancaq boşluq çox güclü sümüklərlə əhatələnmişdir. Amfibi tipi bir onurğaya (vertebrae) sahibdir ve bu onurğada çox az sinir müşahidə edilir.  (sürünənlər də amfibilərdən təkamül edib ve bu növ də yeni təkamül etmiş bir sürünəndir)

Clepsydrops: Yenə erkən Pennsylvania dövründə yaşamış olan bu növ, bilinən ən köhnə ikinci sinapsid sürünənlərdəndir. Yuxarıda da adından bəhs etdiyimiz Pelycosaur'ların xüsusi bir qrupuna aiddir.


Archaeothyris: Erkən-orta Pennsylvania dövründə yaşayan bu növ, Clepsydrops'dan bir müddət sonra təkamülləşmişdir. Kiçik bir gicgah boşluğuna malikdir ancaq indi bu boşluğu qoruyan sümük sayı məməlilərdəkinə bənzər şəkildə azalmışdır (supratemporal quruluş deyilir). Beyni qoruyan quruluş (braincase, cranium), sürünənlərdəkinə bənzər formada  kəlləyə birləşmişdir. Artıq dişlərdə dəyişmə müşahidə edilməyə başlamışdır. Hələ çənədə, ayaqlarda və kəlləsində inanılmaz primitiv olan amfibi tərzi strukturlar müşahidə edilməkdədir. Ayaq sümükləri və duruşu sürünənlərdəkinə bənzərdir ancaq əsas çanaq sümüyü olan "ilium" daha da böyümüşdür. .
Haptodus:   299 milyon il əvvəl yaşayan bu növ, bilinən ilk sphenacodont'lardandır (ophiacodont'lara görə daha da təkamül keçirmiş bir ailədir). Occiput deyilən və beyni qoruyan sümüklərin (cranium, braincase) kəlləyə bağlanmasını təmin edən qisim çox inkişaf etmiş və qüvvətlənmişdir. Dişlərin ölçüləri dəyişmiş, ən böyük dişlər köpək dişləri olmuşdur. Çənə əzələləri qüvvətlənmişdir. Çanaq sümüyündə iki sümüklü quruluşdan üç sümüklü quruluşa keçid müşahidə edilmişdir ki bu çanağın daha güclü hala gəlməsi deməkdir. Ayaq sümükləri güclənmişdir.

 

Varanops



Dimetrodon 

Və digərləri: Sphenacodon, Biarmosuchia, Procynosuchus , Dvinia, Thrinaxodon, Cynognathus, Diademodon, Probelesodon, Probainognathus, Exaeretodon, Kayentatherium , Oligokyphus, Pachygenelus ,Diarthrognathus, Adelobasileus cromptoni, Sinoconodon . Kuehneotherium, Eozostrodon, Morganucodon. Haldanodon, İnostransevia. Peramus, Endotherium, Kielantherium , Aegialodon

Hər biri haqqında araşdırıb bu növlərin həqiqətən aralıq keçid forması olduğunu görə bilərsiniz.

Palentoloji sıralar (Filogenetik sıralar)

Palentoloji sıralar- təkamül prosesində bir- birilə əlaqədar olan və filogenezin gedişini əks etdirən qazıntı formalarının sıralarıdır. Bu baxımdan təkamülün sübutu üçün filogenetik sıra əmələ gətirən qazıntılar çox əhəmiyyətlidir. Belə ki, atların, fillərin və molyusklarin takamülünü  aydın göstərən qazıntı materiallarını xüsusi qeyd etmək lazımdır. Tapıntıları inkişaflarına görə bir sırada yerlaşdirdikdə həmin heyvanların hansı inkişaf mərhələlərini keçərək müasir forma qazandıqlarını aydın görmək olar.
V.O.Kokalevski  (1842-1883) atın filogenetik sırasını müəyyənləşdirərək  göstərmişdir ki, atlar ən qədim formadan müasir formalrına qədər böyük təkamül yolu keçmişdir.  Atların ən qədim əcdadları Eohippus Paleogenin ilk dövrlərində Şimali Amerika meşələrində yaşamış yırtıcı məməlilərin bir şaxəsi  olan tülkü boyda heyvanalrdan öz başlanğıcını götürmüşdür. Onların boyu təxminən 30-40 sm, ön ayaqlarında 4, arxa ayaqlarında isə 3 barmağı olmuşdur. Bunlar yaşadıqları meşə-bataqlıq torpaqlarda  qaçış zamanı bütün barmaq falanqalarına istinad edərdilər. Bataqlıq yerlərdə yaşayan heyvanlar üçünsə pəncədə dayaq sahəsinin olması vacibdir. Onların bədəni müasir atlardakı kimi düz dayanan deyil, yırtıcı heyvanların bədəni  kimi elastik idi. Ağaclar və kolluqların arasından əyilib, sıxılıb keçə bilirmişlər.  Neogendəki quraqlıq şəraiti otların qurumasına və daha qaba olmasına səbəb olmuşdur. Otların quruması nəticəsində Eohippus daha aydın nəzərə çarpmış və düşməndən xilas olmaq yalnız sürətli qaçış sayəsində mümkün olmuşdur. Bu səbəbdən Təbii seçmə nəticəsində növün əlamətləri dəyişilmişdir və Eohippus - Orohippus – Epihippus – Mesohippus – Miohippus – Kalobatippus –Parahippus –Merychippus – Hipparion – Pliohippus – Dinohippus – Plesippus – Equus (müasir at) sırasəı ilə təkamül etmişdir. Aşağıdakı şəkildə atların təkamül ağacı göstərilmişdir.


Bu təkamül nəticəsində ayaqları uzanmış, kəllə böyümüş, pəncədə barmaqların sayı birə qədər azalmış və bunun sayəsində dayaq sahəsi kiçilmişdir. İti qaçış sayəsində onurğa möhkəmlənmiş və caynaqlar dırnaqlarla əvəz olunmuşdur. Qaba yemlə qidalanmağa başladığı üçün büküşlü dişlər meydana gəlmişdir.  

                             
Bu şəkildə isə 45 milyon il ərzin Eohippus ilə muasir at olan Equus arasında olan morfoloji dəyişiklik əks olumuşdur.
Alimlərin əksəriyyəti düşünürdü ki, ev atlarının əcdadı Equus olmuşdur amma aparılan araşdırmalar iki at arasında xromosom saylarında fərqlərin olduğunu göstərmişdir. Bundan sonra müəyyən olundu ki ev atlarının əcdadı Rusiyanın cənub çöllərində yaşamış Tarpan olmuşdur. Bu atın nəsli XIX əsrin sonralı XX əsrin əvvələrində insanlar tərəfindən qırılmaqla kəsilmişdir. Tarpan ilə Equus isə eyni budağdan çıxan iki ayrı 'zoğ' dur. 



Bu dəfəki yazımızın sonuna gəldik. Ümid edirəm ki uzun da olsa sizin üçün maraqlı olumuşdur. Hələ qarşıda təkamül sübutlarına dair 7 daha məqaləmiz olacaq. Sona qədər oxuduğunuz üçün təşəkkürlər. 

Hazırladı: Hikmət Həmdullayev
Tags : , , ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar