Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

2 Eylül 2016 Cuma

ALMAN DİLİ - Dərs #2 (Unterricht#2)

| 1 Rəy





SÖZLƏRİN YAZILIŞI 


Alman dilində bir qayda olaraq bütün isimlər böyük hərflə yazılır .Bununla bağlı hansısa istisna yoxdur .

das Auto - maşın [ das aoto ]                           die Erde - yer ( planet )  [ der erde ]                            

die Sonne - günəş [ di: zonne ]                        der Beruf - iş , peşə  [ der beruf ]

der Tag - gün  ( həftənin günü ) [ der tag ]        die Tasse - fincan [ di: tasse ]


İstər cümlə  içərisində işlədilsin , istərsə də  isim özü tək yazılsın , isimləri yazarkən böyük hərflə başlamaq lazımdır .

İch lese  das Buch .    -   Mən kitab oxuyuram .

die Kirche -  kilsə   [ di: kirx'e ]

Geriyə qalan bütün sözlər ( sifət , zərf , fel modal sözlər və s. )   kiçik hərflə yazılır .

 Qeyd : Alman dilində cümlənin əvvəlindəki bütün sözlər böyük hərflə yazılır .

Nümunə :


Gehen wir in die Berge !  -   Gəlin dağlara gedək !

Bu cümlədə "gehen " feli cümlənin başında gəldiyi üçün böyük hərflə yazılıb  .


Könnten Sie bitte es mir erzählen ? - Zəhmət olmasa bunu mənə danışa bilərdiz ?

"Könnten "  isə " können " modal felinin  Subjunctive II  formasıdır .  Yenə başda gəldiyi üçün böyük hərflə yazılıb .
Subjunctive II  növbəti dəfələrdə izah olunacaq .


Qeyd: Əgər sözlər isimləşərsə onlar isimlərin izah etdiyimiz yazılış xüsusiyyətlərini götürürlər .

Nümunə :


die Betroffene -  nədənsə yoluxmuş insan  


Bu söz  " betreffen " felindən yaranmışdır . 



--------------------------------------------------------------------------------------------------------------------------


LÜĞƏT

ja - [ ya ] - hə                  aber [ aber ]  - amma / ancaq
nein - [ nayn ] - yox        denn - [ denn ]- çünki
noch - [ nox ]  - hələ        oder - [ oder ] - yoxsa
schon - [ şon ] - artıq        dann - [ dann ] - onda
und - [ und ]- və               mit - [ mit ] - ilə




Dostlar ! Xarici dildə söz öyrənərkən mütləq həmin dildə bir neçə cümlədə işlədilməklə izah edilməlidir . Biz hələ çox əvvəldə olduğumuz üçün baza qurduqdan sonra artıq sözlər almanca da izah oluacaq .

Əgər hansısa suallarınız varsa bunu şərh bölməsində ünvanlıya bilər və ya  anteros.hs@gmail.com  mail adresi vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiz .


Vüqar M.


















Tags :

1 yorum:

Çox oxunanlar