Blogger tarafından desteklenmektedir.

Yeni yazılar e-mailinizə gəlsin…

Facebook Twitter Google pinterest RSS

20 Temmuz 2016 Çarşamba

10% haqqında əfsanə

| Rəy yoxdur
 
    Skarlet Yohansonun baş rolda çəkildiyi Lüsi(Lucy) filminə yəqin ki,baxmısınız.Filmdə hadisələr beyinin yalnız 10%-in işləməsi fikri ətrafında qurulub.Filmdə Morqan Frimen bu 10% sərhədini keçdikdə baş verən dəyişikliklərdən danışır.Müxtəlif mənbələrdə bəzən bu 10 ədədi 1,3,5,7 və bəzən 30% kimi də yazılır.Adətən bundan sonra,yazıda digər "faizlərin" işləməsi halında nə olacağı kimi məlumatlar gəlir.Bir çox dahilərin,xüsusilədə Albert Eynşteynin beyinin daha çox hissəsini işlətməsi haqqında da yazılır.
    Lakin bu fikir sadəcə bir uydurma,əfsanədir.Əlbəttə insan öz məntiqini,intellektini inkişaf etdirə bilər,lakin bu zaman heçdə beyin öz işləməyən hissələrində "off" düyməsinin əvəzinə "on" düyməsini basmır.Beyinin tədqiqatı zamanı onun işləməyən,fəalliyyət göstərməyən bir yeri tapılmayıb və müxtəlif hissələr müxtəlif funksiyanı yerinə yetirir.
    Əfsanənin yaranma tarixisə Uilyam Ceyms və Boris Sidisin adlarıyla bağlıdır.Onlar uşağın sürətli inkişafı nəzəriyyəsini tədqiq edərkən Borisin oğlu Uilyam Sidisin(Uilyam Ceyms onun xaç atası olub və onun şərəfinə adı qoyulub) İQ göstəricisinin 200-300 çatdığını görüblər.Uilyam Sidis özü qeyd edirdi ki,insanlar öz beynini tam istifadə etmirlər.1936-cı ildə Deyl Karneqinin "Dostları necə qazanmalı və onlara necə təsir etməli" kitabının ön sözündə amerikalı yazıçı Louel Tomas yazır :"Professor Uilyam Ceyms insanların beyninin yalnız 10%-in işlədiyini deyir".
    Başqa bir versiyaya görə,əfsanə 19-cu əsr neyrobioloqlarını düzgün anlamama olmuşdur.Beyin zədələnmələri zamanı çox da nəzərəçarpmayan pozğunluqlar bir çoxları tərəfindən diqqət edilmirdi və beləliklə insanlar "beyinin həmin hissəsi işləmirdi" fikirinin formalaşdırmışdı.
    Reallıqdasa bu əfsanə sadəcə gülünc və absurddur.Bunu bir neçə arqumentlə sübut etmək olar.
1.Beyin orqanizmdə dövr edən qanın çox böyük bir hissəsinə(20%) ehtiyacı var.Əgər həqiqətən də beyinin yalnız 1/10 işləsəydi,digər 9/10 hissə orqanizmə lazım olan qanı "boşuna" sərf edəcəkdi.Hətta fərz etsək ki ,bu 9/10 hissədəki hüceyrələr necəsə qansız yaşayırlar,yenədə orta yaşlı insanın kəllə qutusunda 1 kiloqramdan artıq işləməyən,lazımsız kütlə daşıması sadəcə gülüncdür.Təkamül prosesində bu 9/10 hissə artıq çoxdan yox olardı(necəsə əmələ gəlsəydi belə).
2.MRT və PET (maqnit rezonans və pozitron rezonans tomoqrafiyaları) vasitəsilə beyinin işini və aktiv sahələrini izləmək mümkündür.Tədqiqatlat göstərir ki,hətta yuxu zamanı beyin tam işləyir və beyində heç bir işləməyən hissə tapılmayıb.
3.Beyin bir neçə funksional hissələrə bölünür və bu hissələrin dərin tədqiqatı zamanı heç bir funskiya yerinə yerinə yetirməyən hissə aşkar olunmayıb.
4.Bütün bunlardan başqa alimlər neyronların aktivliyini hüceyrə səviyyəsində belə izləyirlər.
    Əfsanənin tərəfdarları tərəfindən ən çox işlədilən arqument isə Eynşteyn və ya digər dahinin belə ağıllı olmasına səbəb həmin insanın 10% həddini aşılamasıdır.Lakin bu arqument mövzuya tamamilə səhv yanaşmadan irəli gəlir.İstər Nyuton,istər Eynşteyn,istərsə də digər dahilərin intellektual qabiliyyətləri onların fərdiliyində gizlənir.Hər bir insanın saçının rəngindən boyunun uzunluğuna kimi özünəməxsus xüsusiyyətləri olduğu kimi,insanların beyni də eyni deyil.Kimdəsə intellektin əsas göstəricisi olan sinaps-neyronlararası əlaqə az,kimdəsə çoxdur(Eynşeynin beyni tədqiq edilərkən onun beynində sinapsların adi insandakından çox olduğunu görüblər).Sinapsların miqdarı insanın genetikası və bir çox xarici faktorlardan asılıdır.
 

    Ali B.

P.S. Morqan Frimeni görsəz rahatlıqla deyə bilərsiniz ki, filmdə yalan danışır;)



http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3475349/
http://www.scientificamerican.com/article/do-people-only-use-10-percent-of-their-brains/
http://www.tandfonline.com/doi/abs/10.1080/00223989809599280#/doi/abs/10.1080/00223989809599280
https://www.psychologytoday.com/blog/consciousness-and-the-brain/201106/do-we-use-only-10-percent-our-brain
Tags : ,

Hiç yorum yok:

Yorum Gönder

Çox oxunanlar