ALMAN DILINDƏ HAL - der Kasus
Dilimizdən fərqli olaraq alman dilində 4 hal vardır .
Nominativ Genitiv Dativ Akkusativ
Nominativ - azərbaycan dilində olan adlıq haldır .
der Spiegel - ayna [ der şpigel ]
Hər iki söz adlıq haldadır .
Genitiv - dilimizdəki yiyəlik haldır .
des Hauses - evin [ des hauzes ]
Hər iki söz yiyəlik haldadır .
" des " - " das " yiyəlik hal formasıdır .
" Hauses " isə " Haus " sözünün yiyəlik hal formasıdır . Sondakı " es " yiyəlik hal səbəbilə əlavə olunmuşdur .
Dativ - bəzi hallarda yerlik hal fuksiyası daşısa da azərbaycan dilində tam olaraq qarşılığı yoxdur . Dil bilikləriniz dərinləşdikcə bunu daha yaxşı anlayacaqsız .
Akkusativ - bir çox halda özünü dilimizdəki təsirlik hal kimi gösdərsə də bu halın da tam olaraq qarşılığı yoxdur .
--------------------------------------------------------------------------------------------------------------------------
LÜĞƏT - der Wortschatz
die Tasche - [ di: taşe ] - çanta
das Bett - [ das bett ] - yataq
der Teppich - [ der teppix' ] - xalça
der Koffer - [ der koffer ] - çamadan
das Handtuch - [ der hanttux ] - əl dəsmalı
die Lampe - [ di: Lampe ] - lampa
die Frau - [ di: frau ] - xanım
Bu sözlərdən bəziləri keçən dərslərdə artıq öyrəndiklərinizdir .
Əvvəlki dərsdə fellərin təsriflənməsindən danışdıq . Aşağıdakı sözləri şəxslərə görə təsrifləndirin .
bauen ; schwimmen ; fliegen .
Bu sözlərin doğru təsrifləndirilməsi 6-cı dərsdə mövcud olacaq .
Vüqar M.
das Bett - [ das bett ] - yataq
der Teppich - [ der teppix' ] - xalça
der Koffer - [ der koffer ] - çamadan
das Handtuch - [ der hanttux ] - əl dəsmalı
die Lampe - [ di: Lampe ] - lampa
die Frau - [ di: frau ] - xanım
Bu sözlərdən bəziləri keçən dərslərdə artıq öyrəndiklərinizdir .
Əvvəlki dərsdə fellərin təsriflənməsindən danışdıq . Aşağıdakı sözləri şəxslərə görə təsrifləndirin .
bauen ; schwimmen ; fliegen .
Bu sözlərin doğru təsrifləndirilməsi 6-cı dərsdə mövcud olacaq .
Vüqar M.
Hiç yorum yok:
Yorum Gönder