Yunan mifologiyası kiməsə sadəcə nağıllar toplusu kimi görsənsə də,dünya incəsənətinə və ümumilikdə bəşəriyyət tarixinə əvəzolunmaz,çox böyük təsir göstərmişdir.Əsrlər boyunca bir çox rəssamlar yunan əsatirlərindən ilhamlanıb bir çox şedevrlər yaratmışlar.Bundan başqa miflərin antik yunan filosoflarının formalaşmasında rolu olmuş,yunan mifologiyasının təsirindən bir çox ədəbiyyat nümunələri yaradılmışdır.
Yunan mifologiyası tarixcə indoavropa
panteon sistemiylə eyni köklərə malikdir.Yaranma tarixi çox qədim olsa
da,hazırki halına uyğun təxminən e.ə. 2000-ci ildə keçmişdir.Homerin “İlliada”
və “Odissey”i,Hesiodun “Teoqoniya”sı və bir çox əsərlər ədəbiyyat nümunəsi
olmaqla yanaşı,yunan mifologiyasının öyrənilmə mənbələrinə çevrilmişdir.Bunu da
qeyd etmək lazımdır ki,yunan mifologiyasının inkişafı boyunca digər
panteonlardan tanrılar götürülüb yunanlaşdırılmış,real insanların həyatı əsatirlərə
qarışıb onları mifik qəhrəman obrazlarına çevirmişdir.
Bundan sonra yazacaqlarım müxtəlif müəllif
və mənbələrdə bəzən fərqli verilən miflərin ortaq bir versiyası olacaq.
Dünyanın yaranması
Hesiod “Teoqoniya”sına görə kainat yaranmazdan əvvəl Xaos var idi.Sonradan Geya,Tartar və Eros yarandılar.Geya Yer
ilahəsi(ana yer),Tartar yerin dərinliklərində axirət kimi bir yer idi.Eros
sevgi tanrısı idi,lakin sevgi dedikdə burada çoxumuzun başa düşdüyü sevgi
yox,kainatı bürüyən,onun əsasını təşkil edən bir sevgi idi(kobud olaraq
qravitasiya,cazibə ilə oxşada bilərsiz)(sonrakı dövrlərdə Eros daha çox Afroditanın oğlu kimi tanınmağa başlandı və sevgi tanrısı sayıldı).
Sonradan Xaosdan Gecə-Nükta və Zülmət-Ereb
yaranmışdır. Gecə və Zülmət cütlüyündən,yəni Nükta və Erebdən(qeyd edim
ki,Nükta qadındır) Efir və Hemera doğulur. Nə qədər qəribə olsa da,valideynlərinə
oxşamayan Efir-havanın ən yüksək,şəffaf qatı,Hemera isə
gündüz işığı tanrısı idi.
Kronun Uranı axtalaması.Corco Vazari və Jerardi Xristofano |
Veneranın doğulması.Sandro Botiçelli(Roma mifologiyasında Afroditanın adı Veneradır) |
Saturn.Rubens(Roma mifologiyasında Kronosun adı Saturndur və şəkildə Kronos öz uşağını yeyir) |
Kron
və Reyanın uşaqlar-Kronidlər:
Zevs-baş olimp tanrısı,göy,ildırım tanrısı
Hera-Zevsin bacısı və arvadı,nigah ilahəsi
Poseydon-dəniz tanrısı
Aid-ölülər çarlığının hökmdarı
Demetra-əkinçilik və bərəkət ilahəsi
Hestiya-ailə,ev sevgisini bəsləyən ilahə
Və
Zevsin övladları(bəziləri Heradan olsa da,hamısı ondan deyil):
Afina-müdriklik,ədalət ilahəsi
Ares-müharibə tanrısı
Persefona-bahar ilahəsi,Aidin arvadı
Hefest-dəmirçilik tanrısı
Hermes-ticarət,hiyləgərlik,oğruluq tanrısı
Apollon-işıq,incəsənət,elm tanrısı
Artemida-ov,Yerdəki canlıların ilahəsi
Dionis-çaxır və şənlik tanrısı
Titanların oğlu olan Prometeyin üç qardaşı:Epimetey,Atlant,Menetiy var idi.Sözü gedən mifdə başlıca qəhrəman Prometey(yun. öncədən düşünən) və qardaşı Epimeteydir.(yun. sonradan düşünən).Tanrılar Prometeyə canlıları yaratmağı tapşırmış,o bütün qabiliyyətini heyvanlara sərf etmişdi.O insanları gildən yaratdı və Afina onlara nəfəs verdi.İnsanlara yazığı gələn Prometey Hefestdən od oğurlayır və onu insanlara verir.Prometeyə cəza olaraq onu Qafqaz dağlarında bir qayaya bağlayır və hər dəfə Zevsin qartalı gəlib onu qaraciyərini didirdi(qeyd edim ki,qaraciyər yüksək regenerasiya qabiliyyətinə malikdir,25%-i qaldıqda belə əvvəlki kütləsini bərpa edə bilər).
Tanrıların şurası.Rafael Santi |
İnsanın yaranışı
Pandora.Tomas Kenninqton |
İnsanlara cəza olaraq yerə ilk qadın olan Pandora göndərilir,Prometeyin kiçik qardaşı Epimeteylə evlənir.Sonradan o, öyrənir ki,evdə Zevsin verdiyi bir mücrü var və o mücrünü açmaq olmaz.Öz marağını yatıra bilməyən Pandora mücrünü açır.Mücrünü açdıqda oradan yerə bütün bəlalar,xəstəliklər çıxır.Bəzi müəlliflərə görə mücrünü bağladıqdasa orada yalnız ümid qalır və insanlar ümiddən məhrum qalırlar.
Əsas mənbə:Hesiod-Teoqoniya
Ali B.
Hiç yorum yok:
Yorum Gönder