Genlər xromosomların müəyyən lokuslarında yerləşirlər.
İnsanın qan qruplarını müəyyən edən gen (ABO) 9-cu xromosomda yerləşir. Məlumdur ki,insanda 4 qan qrupu mövcuddur. Bu 4 qan qrupunun olması ilk öncə mutasiya,sonra allel genlərin qarşılıqlı təsirinə əsaslanır. Belə ki,xromosomların lokuslarında(gen sahələrində) hər lokusa 1 gen olmalıdır(Buna görə də vaxtilə 1 qan qrupuna malik fərdlərin yaşaması istisna edilmir). Lakin təkamül şəraitində gedən mutasiyalar lokuslardakı genlərə də öz təsirini göstərib. Mutasiya nəticəsində genlərin sayı dəyişsə də,yerləşdiyi lokus dəyişməz olaraq qalıb,eyni genin allelləri əmələ gəlib. İnsanda da İ geninin mutasiyası nəticəsində A,B,0 allel genləri(eyni əlamətin-qan qrupunun müxtəlif genləri) əmələ gəlib ki,bu da 4 qan qrupuna səbəb olur(mutasiyalar ancaq zərərli olur deyənlər qan qruplarının əmələ gəlməsini necə izah edirlər maraqlıdır). Bəs sual olunsa ki,niyə 3 allel 4 qan qrupunun yaranmasına səbəb olur? Bunu genetikadan az da olsa anlayışı olan hər kəs bilir ki,allel genlər eyni əlaməti müəyyən etdiyinə görə qarşılıqlı təsirdə olurlar. Qarşılıqlı təsir nəticəsində AA,A0 genlərini daşıyanlar 2-ci qan qrupu, BB,BO genlərini daşıyanlar 3-cü qan qrupu, AB genini daşıyanlar 4-cü qan qrupu,00 genini daşıyanlar isə 1-ci qan qrupuna malikdir. Bütün bunlar valideynlərin doğulacaq fərdə verdiyi allel gendən asılıdır. Yəni sizin valideynlərinizdən biri 2,digəri 3-cü qan qrupudursa,sizin 4-cü və ya 1-ci qan qrupuna malik olmağınız heç də möcüzəli deyil. Genetika üçün sadə bir məsələdir.
1-ci xromosomda genlərin regional xəritəsi |
Ziya M.
Hiç yorum yok:
Yorum Gönder